Mixaylo Hindistanda həbs edildi Adaya girmək istəyirmiş FOTO
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
ABŞ-li turist Mixaylo Viktoroviç Polyakov Hindistanım Şimali Sentinel adasına daxil olduğuna görə həbs edilib. Həbsə səbəb bu adaya girişin qadağan olmasıdır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, adada müasir sivilizasiyadan uzaq qalan qəbilə yaşayır.
Hindistan hökuməti qəbiləni qorumaq məqsədilə kənar şəxslərin adaya daxil olmasına icazə vermir.
Lakin ABŞ-li turist bu qadağanı pozaraq, qəbilə ilə tanış olmaq və onlara hindistan qozu və diet kola aparmaq məqsədilə gizlicə adaya daxil olub.
Hindistan polisi 24 yaşlı Polyakovu həbs edərək, onu yerli məhkəməyə çıxarıb. Yerli qanunlara görə, adaya 5 kilometrdən çox yaxınlaşmaq qadağandır. Hökumət bununla yerli əhalini xəstəliklərdən qorumağa çalışır.
Sentinellilər, son olaraq 2018-ci ildə, qanunsuz olaraq adalarına enən ABŞ-li misyoner Con Allen Çaunu öldürmüşdülər. O zaman, Çaunun cəsədini əldə edə bilməmişdilər və Hindistanın qanunlarına uyğun olaraq onun ölümü ilə bağlı hər hansı bir araşdırma aparılmamışdı.
Bəsti Rəfizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 04 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















