MKİ 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədi açıqlayıb
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Retkliff materialları qurumun 11 sentyabr hadisələri ilə bağlı ən böyük kəşfiyyat məlumatı toplusu kimi qiymətləndirib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2001-ci il 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədin məxfiliyini aradan qaldırıb. AYNA.AZ xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
MKİ direktoru Con Retkliff açıqlanan materialları qurumun 11 sentyabr hadisələri ilə bağlı ən böyük kəşfiyyat məlumatı toplusu kimi qiymətləndirib.
Sənədlər 1998-ci ilin fevralından 2001-ci il sentyabrın 12-dək olan dövrü əhatə edir və ABŞ prezidentləri Bill Klinton və Corc Buşa təqdim edilmiş gündəlik kəşfiyyat brifinqlərindən ibarətdir.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror hücumları nəticəsində təxminən 3 min nəfər həlak olub. Hücumlar zamanı qaçırılan dörd sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, biri Pentaqona çırpılıb, dördüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğrayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 12 Sentyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















