MKİ rəhbəri: Rusiyanı SSRİ nin taleyi gözləyir!
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya iqtisadiyyatı Sovet İttifaqında olduğu kimi çöküş riski altındadır və cəbhədə vəziyyət dalana dirənib. Kreml bu xəbərdarlığı Amerika kəşfiyyatından alıb.
Axar.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeytunq” qəzeti məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya səfəri zamanı Rusiya rəsmilərinə ölkə iqtisadiyyatının real vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
Nəşr qeyd edir ki, Kreml üçün əsas təhlükə təkcə Donbasdakı döyüşlərdə və ya Rusiya ərazisinə PUA hücumlarında deyil.
"Hərbi baxımdan vəziyyət çıxılmazdır. Lakin iqtisadi cəhətdən Rusiya bunun öhdəsindən gələ bilməyəcək. Soyuq Müharibənin sonunda Sovet İttifaqında baş verdiyi kimi iqtisadiyyat çökəcək", - deyə vurğulanıb.
Xatırladaq ki, 2026-cı il avqustun 25-də MKİ rəhbəri Con Retkliff Moskvaya qəfil və elan olunmamış səfər etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 Sentyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















