MM 7 ölkə ilə imzalanan vizadan qarşılıqlı azad edilmə haqqında sazişləri ratifikasiya edib
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Azərbaycanın bəzi ölkələrlə imzaladığı ümumvətəndaş, diplomatik, xidməti, xidməti/rəsmi və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər ratifikasiya olunub.
Newscenter.az xəbər verir ki, bununla bağlı yeddi müvafiq qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.
İclasın gündəliyindəki həmin məsələlər "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in, "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in və "Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiqi barədə qanun layihələridir.
Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:Milli Məclis Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə sazişi ratifikasiya edib
30 May 2025 12:58
MM viza ilə bağlı bu sazişləri ratifikasiya etdi
25 Noyabr 2025 12:02
MM viza haqqında sazişi ratifikasiya edib
21 İyun 2025 11:34
MM Azərbaycanla Səudiyyə Ərəbistanı arasında xüsusi pasport sahiblərinin qısamüddətli vizadan azad edilməsini ratifikasiya edib
29 Noyabr 2024 12:34
Baxış sayı:30
Bu xəbər 25 Noyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















