MM in komitə sədri: Yaş insanın əmək fəaliyyətinə əngəl ola bilməz, sağlamlığı, biliyi, bacarığı imkan verdiyi təqdirdə işləməlidir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. İnsanın sağlamlığı, biliyi, bacarığı imkan verdiyi təqdirdə o çalışmalıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, yaş məhdudiyyəti gənclərə daha çox yol açılması üçün qoyulub: “Amma biz bunun alternativi yolu - daha çox iş yeri açmaq barədə düşünməliyik, nəinki yaşlı insanları məcburi işdən uzaqlaşdırmaqla. İqtisadiyyat Nazirliyimiz var, onlar hesablamalıdır ki, hər il əmək bazarına 100 min və daha çox gənc gəlir, biz onları daha yaxşı işlərə, daha yüksək maaşlı işlərə yerləşdirməliyik, nəinki sertifikasiya, yaş məhdudiyyəti kimi bəhanələrlə. Biz qəbullara gedirik, ölkədə orta ömür artır. İnsanlarımız sağlamlığı imkan verdiyi təqdirdə çalışmaq istəyir. Ona görə biz aktiv məşğulluq tədbirləri barədə düşünməliyik, nəinki məhdudiyyətlər haqqında...”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















