Icma.az
close
up
RU
Prezidentin Kəlbəcərdən verdiyi mesaj: Cənubi Qafqazda sülhə əngəl ola bilməyəcəklər ŞƏRH

Prezidentin Kəlbəcərdən verdiyi mesaj: Cənubi Qafqazda sülhə əngəl ola bilməyəcəklər ŞƏRH

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə səfəri təkcə Şərqi Zəngəzurun yenidən qurulması baxımından deyil, eyni zamanda 33 ildən sonra öz ata yurdlarına köçən sakinlərlə görüşdə səsləndirdiyi fikirlərlə beynəlxalq aləmə çox ciddi mesajlar vermiş oldu.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərə, Ağdərəyə səfərini və oradan verdiyi mesajları belə oxumaq olar:

- Qarabağ və Şərqi Zəngəzur qlobal aləmdə baş verən iqtisadi, maliyyə böhranlarına baxmayaraq heç bir xarici dəstək olmadan Azərbaycanın öz daxili imkanları hesabına sürətlə yenidən bərpa olunur.

- Qarabağ və Şərqi Zəngəzur bərpa olunmaqla paralel olaraq, artıq Azərbaycan iqtisadiyyatının inkişafına, iqtisadi cəhətdən daha güclü dövlətə çevrilməsinə öz töhfəsini verməkdədir.

- Azərbaycan Cənubi Qafqazda sülhün memarı olaraq bölgənin artıq maraqlı güclərin qarşıdurma coğrafiyasından sülh, əməkdaşlıq məkanına çevrilməsidir. Cənab Prezidentin “Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur” bəyanatı bunun sübutudur. Bu o deməkdir ki, bölgədə bundan sonra sülh, əməkdaşlıq hökm sürəcək. Sülh gündəliyinin memarı olan Azərbaycan yaxın gələcəkdə Cənubi Qafqazda bu hədəfinə də nail olacaq.

- Cənubi Qafqazda sülh Azərbaycanın maraqları və şərtləri əsasında bərqərar olacaq. Yekun sülhə mane olan əngəllər aradan qalxacaq. Xüsusən də ATƏT-in Minsk qrupu çox yaxın zamanda tamamilə ləğv olunacaq, Ermənistan konstitusiyasına dəyişikliklər ediləcək və Naxçıvanla birbaşa maneəsiz hərəkəti təmin olunacaq.

Bütün bunlar tarixi uğurlardır və biz qarşıda bu diplomatik sahədə həyata keçirilən uğurların hələ çox şahidi olacağıq”, – deyə deputat vurğulayıb.

Deputat onu da əlavə edib ki, Prezidentin verdiyi mesajlar sırasında bəzi ölkələrin bölgədə işğalın davam etməsi üçün Ermənistana təmənnasız olaraq milyardlarla dollar həcmində silah verməsi ilə bağlı məqam da olub:

“Prezident açıq şəkildə mesaj verdi ki, pulla silah almağa gücü çatmayan Ermənistanı silahlandırmağın bir məqsədi var idi: işğal siyasəti davam etsin, azərbaycanlılar öz doğma yurdlarına dönə bilməsin, bölgədə gərginlik hökm sürsün. Bu yolla onlar bölgədə maraqlarını təmin etsin. Amma cənab Prezidentin yürütdüyü məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində dünyanın ən mürəkkəb münaqişəsi olan Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapdı və həmin ölkələrin uzun illər boyunca yürütdüyü bu çirkin siyasət iflasa uğradı. Cənab Prezidentin verdiyi mesaj ondan ibarət idi ki, həmin ölkələrin son vaxtlarda Azərbaycanı tutduğu yoldan döndərmək, sülhün, sabitliyin təmin olunmasına əngəl yaradan təzyiq və təhdid siyasətləri nəticə verməyəcək. Onlar niyyətlərinə nail ola bilməyəcəklər”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Avqust 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri