MM in komitə sədri: Qohum evliliyinin qadağan edilməsindən narazılıq cüzi səviyyədədir
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qohum evliliyini qadağan edən qanun layihəsinin qəbulu zamanı cəmiyyətə bir il möhlət verdik, bu zaman ərzində sosial mediada, yaxud cəmiyyət arasında çox nadir narazılıqla rastlaşdıq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" adlı panel müzakirədə sual-cavab sessiyası zamanı müvafiq suala cavab verərkən deyib.
O deyib ki, bu möhlət qanuna cəmiyyətin münasibətini öyrənmək üçün idi.
"Nəticədə biz gördük ki, doğru yoldayıq, çünki əksəriyyət bu qanunu çox müsbət qarşıladı. Belə də olmalıdır, çünku bu qanun gələcəyi düşünmək deməkdir".
Hicran Hüseynova deyib ki, Azərbaycanda kifayət qədər dini azlıqlar var və onların bəzilərində yalnız öz icmalarına mənsub şəxslərlə evliliyə icazə var.
"Bu isə çox böyük problemlərə yol açır. Mən uzun illər komitə sədri işləmişəm, bilirsiniz, nə qədər problemlə gələnlər var idi?"
Deputat bildirib ki, biz hökm deyil ki, hansısa bir ölkənin təcrübəsindən yararlanaq.
"Niyə? Məgər biz özümüz belə bir təşəbbüslə çıxış edə bilmərik? Əlbəttə, edə bilərik. Və etdik də. Mən sizi tam əmin edirəm, biz xarici səfərlərimizdə belə bir qanun layihəsini qəbul etdiyimizi dedikdə bizi alqışlayırlar".
Parlamentin komitə sədri dini icmalara müraciət edib.
"Mən dini icmalara, axundlara müraciət edirəm, siz də cəmiyyətə bu yöndə təsir etməlisiniz. Çünki nə etsək də, cəmiyyətdə məsuliyyətsiz insanlar var, bax o adamlarla işlənilməlidir. Başqa bir məsələ, elə ailələr var ki, orada qız uşağının doğulması faciəvi qarşılanır. Bax bununla mübarizədə dini icmalar, axundlar bizə kömək etməlidir. Ailədə məsuliyyət olmalıdır. Dünyada qız uşaqlarının abort edilməsinə gərə statistikada ən yüksək həddəyik. Bununla mübarizəni birlikdə aparmalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Dekabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















