MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Axar.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, söhbət zamanı özünün İrlandiyaya səfəri və keçirdiyi görüşləri, o cümlədən, ötən ilin iyul ayında İrlandiya parlamentinin spikeri Verona Mörfi ilə görüşünü məmnunluqla xatırlayan spiker Sahibə Qafarova bu cür təmaslar zamanı parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlindiyini söyləyib. O, bu səfərin də parlamentlərarası əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib. Tərəflər həmçinin beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.
Səfərə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirən Toni MakKormak spiker Verona Mörfinin salamlarını Milli Məclis sədrinə çatdırıb. Qeyd olunub ki, parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulması üçün imkanlar mövcuddur. O, bu cür səfər və təmasların da bu məqsədə xidmət etdiyini söyləyib.
Milli Məclisin sədri qonaqlara həmçinin, Azərbaycanın demokratik inkişafı və əldə olunan nailiyyətlər, o cümlədən, qanunverici orqanın işi, parlamentin beynəlxalq fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, Azərbaycanın müstəqil xarici siyasəti parlamentin də bu sahədə fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini bildirən spiker Sahibə Qafarova deyib ki, bu kimi beynəlxalq tədbirlərdə Azərbaycan özünün dünyaya baxışlarını da təqdim edir.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 21 Aprel 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















