Icma.az
close
up
RU
MMCni Bakıda “yaşıl terror” törətməkdə ittiham edirlər

MMCni Bakıda “yaşıl terror” törətməkdə ittiham edirlər

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


«GOLD RESİDENCE» MMC COP29 adı ilə Bakıda “yaşıl terrora” əl atır, üstəlik, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 28-də yaşayan sakinləri mühasirədə saxlayır.
Reyting.az
xəbər verir ki, bunu Aşıq Molla Cümə küçəsi, 28 ünvanındakı 9 mərtəbəli binanın sakinləri aidiyyatı dövlət orqanlarına müraciətlərində yazıblar.
Müraciət müəllifləri qeyd ediblər ki, «GOLD RESİDENCE» MMC yaşadıqları binanın həyətini və Fətəli Xan Xoyski prospektinə baxan hissəsini - «Gloriya» gül dükanınadək ərazini əsassız və qanunsuz olaraq hasarlayıb. Bu isə bina sakinlərinin və ərazidə yaşayan digər vətəndaşların gediş-gəlişini çətinləşdirir, xüsusən də yaşlı insanlara və uşaqlara problemlər yaradır.
Şikayətçilərin sözlərinə görə, son vaxtlar bəzi işbazların yaratdığı süni maneələr gediş-gəlişlərini çətinləşdirib:
“Təxminən 4 aydır ki, Fətəli Xan Xoyski prospektinə çıxış yolumuz «GOLD RESİDENCE» MMC tərəfindən qanunsuz olaraq bağlanıb. MMC tərəfindən istismar vaxtı keçmiş yataqxana binalarının söküntüsü həyata keçirilir. Həmin şirkət yataqxanalar yerləşən əraziləri hasara alaraq söküntü işlərinə başlasa da, hasarı Fətəli Xan Xoyski prospekti, 128 ünvanında yerləşən yataqxanadan əlavə qəsdən Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinə də şamil edib. Yəni oradakı yaşıllıq qarışıq «Gloriya» gül dükanınadək qanunsuz hasarlama işləri aparıb. Bununla həmin MMC bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışını qanunsuz olaraq bağlayıb”.

Sakinlərin yazdığına görə, «GOLD RESİDENCE» MMC-nin Elnur və Asif adlı işçiləri şikayətlərinə cavablarında bildiriblər ki, guya ölkədə keçiriləcək COP29 tədbiri ilə bağlı söküntü ərazisinə aid olmayan Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini də bağlayıblar: “Lakin o, izah edə bilməyib ki, nəyə görə Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən söküləcək yataqxananın sol tərəfi, yani orada fəaliyyət göstərən otelin qarşısı hasarlanmayıb, amma yataqxananın sağ tərəfində yerləşən 9 mərtəbəli binanın qarşısı hasara alınıb. Hansı ki, həmin oteldə heç 3-5 adam qala-qalmaya, amma 9 mərtəbəli binada 84 mənzil var”.
Şikayətçilər «GOLD RESİDENCE» MMC-nin əməlini qanunsuz hesab edirlər:
«MMC işçiləri bizim binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinin qarşısını da yaşıllıqla birlikdə qanunsuz olaraq hasara alıblar. Söküntü işlərini aparan şirkətin Elnur adlı işçisi qeyri-rəsmi olaraq bina sakinlərinə deyib ki, guya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş müvafiq layihədə yaşıllığın da ləğvinə qərar verilib”.
Sakinlər problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ediblər. Hər iki qurumdan bildiriblər ki, Aşıq Molla Cümə küçəsində inşa edilmiş 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsi, oradakı yaşıllıq və «Gloriya» gül dükanı söküntü və tikinti ərazisinə düşmür, həmin yaşıllığın və gül dükanının söküləcəyi planlaşdırılmayıb. Buna görə də «GOLD RESİDENCE» MMC tərəfindən söküləcəyi planlaşdırılan Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən yataqxananın sağ tərəfində yerləşən «Gloriya» gül dükanınadək ərazinin hasarlanması qanunsuzdur. Sakinlərin iddiasına görə, çox güman ki, «GOLD RESİDENCE» MMC-nin rəhbərliyi binaların yanındakı yaşıllığa da göz dikib.
Sakinlər «GOLD RESİDENCE» MMC-nin qanunsuz hərəktləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat veriblər.

Nazirlikdən sakinlərə verilən cavab məktubunda qeyd olunub ki, həmin ərazidəki ağaclar qeydiyyata alınıb və onların qorunub-saxlanılması Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılıb. Nərimanov Rayon İcra Hakimiyyəti isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 nömrəli sərəncamı ilə həmin sərəncamın icrasına nəzarət edən orqan kimi qeyd olunsa da, «COLD RESİDENCE» MMC-nin qanunsuzluqlarına göz yumur, sərəncamdan irəli gələn məsələləri həll etmir. Həmin sərəncamda söküntü-tikinti işlərinin həyata keçirilməsi zamanı yaşıllıqların qorunması, qanunsuz məhv edilməsinin qarşısının alınması, mülk sahibləri ilə məsələlərin qarşılıqlı razılıq əsasında həll edilməsi göstərilib və buna nəzarəti isə Nərimanov Rayon İcra Hakimiyyəti həyata keçirməlidir. Nərimanov Rayon İcra Hakimiyyətinin işçiləri isə sərəncamdan irəli gələn məsələləri həll etmək əvəzinə MMC əməkdaşlarının qarşısına düşüb onların qanunsuz hərəkətlərinə dəstək verirlər.
Bina sakinlərinin bildirdiyinə görə «COLD RESİDENCE» MMC tərəfindən binanın həyəti də qanunsuz olaraq hasara alınıb. Nəticədə həyətə daxil olmaq mümkünsüzdür, hər hansı bir hadisə zamanı yanğınsondürən və təcili tibbi yardım maşınları həyətə daxil ola bilməyəcəklər.
Sakinlər müraciətlərinin sonunda aidiyyəti dövlət qurumlarından xahiş edirlər ki, cavabdeh şəxslər cəzalandırılsın, onların qanunsuz çəkdiyi hasar sökülərək yalnız müvafiq plana uyğun olaraq nəzərdə tutulmuş söküntü-tikinti ərazisinə çəkilsin:
“Bəzi işbazların COP29 tədbirini bəhanə gətirərək şəhərimizə və onun sakinlərinə qarşı yuxarıda göstərdiyimiz qanunsuz əməlləri törətmələrinə, bu, dövlət tədbirindən öz çirkin məqsədləri üçün istifadə etmələrinə yol vermək olmaz”.
Onu da qeyd edək ki, ərazidə sökülməsi həyata keçirilən yataqxana, obyekt və qaraj sahibləri də sosial şəbəkələrdə «GOLD RESİDENCE» MMC-ni qanunsuzluqda ittiham edirlər.
V. QULİYEV
P.S. Reyting.az «GOLD RESİDENCE» MMC və aidiyyəti dövlət qurumlarının məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Noyabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see276

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see243

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see241

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see230

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see222

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see218

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see210

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see207

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see205

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see202

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see199

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see199

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see198

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see195

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see195

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see169

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri