Icma.az
close
up
RU
Bakıda “yaşıl” sosial müdafiə müzakirəsi

Bakıda “yaşıl” sosial müdafiə müzakirəsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə müxtəlif ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə insan inkişafı, yaşıl iş yerləri, hamı üçün layiqli əmək, sosial müdafiə mövzularında geniş müzakirələr aparılacaq. Bu barədə XQ-yə qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, noyabrın 18-də keçiriləcək “İqlimə dayanıqlı gələcək üçün insan inkişafına investisiya” üzrə yüksək səviyyəli görüş iqlim dəyişikliyinə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşunda yaxşı təcrübələrin mübadiləsi, həmin sərmayələr üçün öhdəliklərin səfərbər edilməsi məqsədi daşıyacaq. Müzakirədə iqlimə dayanıqlı iqtisadiyyata keçidin əmək bazarına təsirləri, insan kapitalının daha yaxşı sosial müdafiə və təkmilləşdirilmiş bacarıqlar vasitəsilə iqlim hadisələrinə dayanıqlılığının artırılması, insan inkişafının gücləndirilməsində təhsil, səhiyyə, iş və bacarıqlar arasında sinerji yaratmağın dəyərləri nəzərdən keçiriləcək. Məhsuldar məşğulluq və hamı üçün layiqli əmək, sosial dəstək mexanizmləri, iqlimə davamlı gələcək üçün insan inkişafına sərmayələr qoyulması sahəsində səylərin səfərbər edilərək gücləndirilməsi prioritet mövzular kimi diqqətdə saxlanacaq.

Həmin gün təşkil olunacaq “Yaşıl iş yerləri və bacarıqlar” adlı yüksək səviyyəli dəyirmi masada yaşıl iş yerləri üçün işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və məşğulluq, habelə həssas əhali qrupları üçün yaşıl iş yerlərinə çıxış imkanlarının yaradılması, bu sahələrdə əməkdaşlıq və daha önəmli  sərmayə qoyuluşu əsas müzakirə predmeti olacaq. “İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” adlı tədbirdə isə iqlim maliyyəsinin həssas qruplardan olan insanlara necə dəstək ola bilməsinə, sosial müdafiənin roluna dair müzakirələr aparılacaq.

 Noyabrın 20–21-də isə “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub–cənub siyasi dialoqu”nun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə iqlim dəyişmələri və ədalətli keçid zamanı yaşıl iş yerləri, dayanıqlı müəssisələr və dairəvi iqtisadiyyat yanaşmalarını təşviq etmək üçün iqlim planlarının gücləndirilməsi, bu sahədə  bilik və təcrübə mübadilələrinin aparılması məsələləri əhatə olunacaq. Habelə maliyyə mexanizmləri və enerji sektorunda Beynəlxalq Əmək Təşkilatının ekoloji dayanıqlı iqtisadiyyata ədalətli keçidə dair təlimatlarının tətbiqi müzakirə ediləcək.

Zərifə HÜSEYNOVA 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see375

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see240

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see236

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see220

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see219

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see218

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see207

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see196

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see194

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see192

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see191

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see190

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see189

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see188

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see187

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see184

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see183

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see182

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see178

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri