Icma.az
close
up
RU
MN də bir milyon manatdan çox vəait mənimsənilib Məhkəmə prosesi

MN də bir milyon manatdan çox vəait mənimsənilib Məhkəmə prosesi

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Müdafiə Nazirliyinin (MN) tabeliyindəki hərbi hissədə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Reyting.az
"Report"a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 
Belə ki, şahid qismində ifadə verənlərdən biri də təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı olub. 
O deyib ki, Vahid Novruzlu ondan bank rekzivitlərini istəyib: “Vahid qardaşının Almaniyadan pul göndərəcəyini və hərbi qulluqçu olduğu üçün o qədər pulu kartına qəbul edə bilməyəcəyini dedi. Ona görə də bank rekzivitlərini ona göndərdim. Kartıma 3 min 150 manat pul köçdü. Pulu nağdlaşdıraraq Vahidə verdim”.
Prosesdə ifadə verən müttəhimin qaynı Nicat Vəlizadənin sözlərinə görə, Vahid Novruzlu onu hərbi hissənin hospitalında qazanxanaya mülki işçi kimi işə düzəldib: “Qazanxanada mülki işçi kimi çalışırdım. Vahid bir gün mənə dedi ki, sənin kartına pul gələcək, onu nağdlaşdırıb mənə verərsən. Mən də hesabıma gələn 3 min 917 manat pulu nağdlaşdırıb ona verdim”.
Şahid Eşqin Həsənovun sözlərinə görə, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində işləyir: "Vahid Novruzlu mənim bölmə rəisim olub. Sözügedən məsələdən xəbərim olmayıb. O, mənə qardaşının Almaniyadan pul göndərəcəyini bildirərək Şaiq Bayramovun kart məlumatlarını almağımı istədi. Mən də həmin hesabdan 2 min 633 manat pul çıxarıb Vahid Novruzluya verdim".
Şahid Füzuli Ələkbərli deyib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində mühasib vəzifəsində işləyir. Şahidin sözlərinə görə, tanışı Elşən Salamov zəng edərək onun kartına pul göndərildiyini deyib. 
"Kartıma 3 min manat pul gəlmişdi. Mən də həmin pulu Elşənin kartına göndərdim. Bu pulun Vahid Novruzluya çatacağını bilmirdim", - şahid deyib. 
Dövlət ittihamçısı şahidə bu pulların haradan gəlməsi ilə bağlı Elşən Salamovdan hər hansı bir məlumat alıb-almadığını soruşub. Şahid Füzuli Ələkbərli deyib ki, Elşən Salamov onun tanışı olduğu üçün bir neçə dəfə kartına pul gəlib və ondan bu pulların haradan gəldiyini soruşmayıb. 
Daha sonra bir neçə şahidin məhkəməyə ünvanladığı müraciət elan olunub. Onlar prosesə gələ bilməyəcəklərini və ibtidai istintaqa verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər. 
Təqsirləndirilən şəxs sözügedən şahidlərin prosesə gəlməməsinə etiraz etməyib və onların ibtidai istintaqa verdiyi ifadələri ilə razı olduğunu deyib. 
Hakim Fikrət Əliyev deyib ki, şahidlər məhkəməyə çağırılıbsa, onların prosesdə iştirakı zəruridir. Belə ki, həmin şahidlərin prosesə məcburi gətirilməsi ilə bağlı qərar qəbul olunub. 
Məhkəmənin növbəti iclası aprelin 11-ə təyin olunub. 
Qeyd edək ki, sabiq maliyyə xidmət rəisi barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Vahid Novruzlu müxtəlif yolarla işlədiyi bir hərbi hissədən 848 min 338 manat mənimsəyib. 
İttihamda qeyd olunub ki, Vahid Novruzlu işlədiyi digər hərbi hissədə hərbi xidmətdə olmayan şəxslərin plastik kartlarına vəsait köçürüb. O həmin hərbi hissədən də müxtəlif yollarla 381 min 755 manat mənimsəməkdə təqsirləndirilib.
Təqsirləndirilən şəxs Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə DTX-nin apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
V. Novruzlu Müdafiə Nazirliyini mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri