MN: Gənc əsgərlərin respirator xəstəliklərə yoluxmasının qarşısını almaq üçün görüşə məhdudiyyət qoyulub
Icma.az, Apa.az saytına istinadən bildirir.
Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, məlumatda deyilir.

Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub
07 Dekabr 2024 13:57
Əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə məhdudiyyət qoyulub
07 Dekabr 2024 13:55
Adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub AZƏRTAC
07 Dekabr 2024 15:15
MN: Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
11 Fevral 2025 11:16
Gənc əsgərlərin andiçmə mərasimi
22 Noyabr 2024 12:50

