MN in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən kassasiya şikayəti verib.
APA xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun icraatına verilib.
Məhkəmə prosesi mayın 14-nə təyin olunub.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin ötən il sentyabrın 9-da çıxardığı hökmə əsasən, Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, qismən təmin olunub.
Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Təqsirləndirilən şəxs dövlət büdcəsindən ayrılan pulu mənimsəməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















