Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ
Icma.az bildirir, Bizim media portalına istinadən.
Xaçmaz rayonunun Həsənqala kənd sakini, bu il orta məktəbi bitirən Polad Rasim oğlu Poladov ötən gündən itkin düşüb.
Bizim.Media-ya gəncin yaxınlarının verdiyi məlumata görə, Polad iyulun 12-də Xaçmaz şəhərində I qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib.
Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb.
Yaxınlarının sözlərinə görə, ailəsinin ondan yüksək nəticə gözləməsi səbəbindən bu hadisə Poladda ciddi psixoloji gərginlik yaradıb. Bundan sonra onun naməlum istiqamətdə uzaqlaşdığı bildirilir.
Polad Poladov bu gün Xaçmaz Rayon Polis Şöbəsində rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Bizim.Media, Aytəkin Alxaslı, Şimal bürosu
Baxış sayı:129
Bu xəbər 13 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















