Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Mobil telefonlar, dezodorantlar, elektrik cihazlar xərçəngə səbəb olurmu? Miflər və reallıqlar

Mobil telefonlar, dezodorantlar, elektrik cihazlar xərçəngə səbəb olurmu? Miflər və reallıqlar

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bir çoxları mobil telefonların xərçəngə səbəb ola biləcəyi barədə miflərə inanır. Lakin qorxunc xəstəlik barədə cəmiyyəti düşündürən tək məsələ bu deyil.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı onkoloq Vladislav Yevseyev bununla bağlı insanları narahat edən yanlış fikirlər və real vəziyyət barədə öz fikirlərini bölüşüb.

Onkoloqun dediklərini təqdim edirik.

Birinci mif: Xərçəng yoluxucudur

V.Yevseyevin sözlərinə görə, xərçəng yoluxucu xəstəliklərə aid deyil, o, orqanizmin hüceyrələrinin bölünməsinin pozuntusu nəticəsində yaranır. Bu prosesə müxtəlif amillər təsir göstərə bilər.

"Bəzi infeksiyalar səbəbindən onkoloji xəstəliklərin inkişaf riski artır. Məsələn, insan papilloma virusu (HPV) əksər hallarda uşaqlıq boynu xərçənginə səbəb olur. Lakin onkoloji xəstəliyin özü insandan insana keçmir. Xərçəng müəyyən infeksiyalarla əlaqəli olsa da, yoluxucu deyil. Bəzi infeksiyalara, o cümlədən HPV-yə qarşı peyvənd mövcuddur. Bu cür peyvənd uşaqlıq boynu xərçəngi və bəzi digər şişlərin inkişaf riskini azaldır", - deyə Yevseyev izah edib.

Yeri gəlmişkən qeyd edək ki, dünyada xərçəngə yoluxma halı sadəcə bir dəfə qeydə alınıb. Hadisə Almaniyada baş verib. Belə ki, 53 yaşlı cərrah yumşaq toxuma xərçəngi olan xəstənin əməliyyatı zamanı əlini kəsib. Yaranın dərhal işlənməsi və sarğılanmasına baxmayaraq, beş ay sonra kəsik yerində bədxassəli şiş əmələ gəlib.

İkinci mif: Xərçəng irsən keçir

Həkim bildirib ki, irsiyyət xərçəngin inkişaf ehtimalını artıra bilər, lakin yeganə səbəb deyil.

"Bəzən irsi mutasiya valideynlərdə olmaya bilər, lakin onların uşaqlarında aşkar edilməsi mümkündür. Eyni zamanda, valideynlərdə mutasiyanın olması onun mütləq uşaqlara keçəcəyi demək deyil", - deyə o bildirib.

Həkimin sözlərinə görə, xərçəng hallarının yalnız 5-10%-i irsən ötürülən mutasiyalarla bağlıdır.

"Əksər hallarda onkoloji xəstəliyin yaranması irsiyyətlə əlaqəsi olmayan digər səbəblərlə bağlıdır", - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, bəzi onkoloji xəstəliklər, məsələn, yumurtalıq, süd vəzi, yoğun bağırsaq xərçəngi digərlərinə nisbətən daha çox irsən keçir.

"BRCA1/2 kimi mutasiyalar (Ancelina Colinin halı) aşkar edildikdə, daha diqqətli müşahidə və ya hətta profilaktik cərrahi müdaxilələr tələb oluna bilər", - deyə onkoloq əlavə edir.

Üçüncü mif: Şəkər şişin inkişafına səbəb olur

Mütəxəssisin sözlərinə görə, bu fikrin elmi təsdiqi yoxdur. Şirniyyatdan imtina etməklə xərçəngdən xilas olmaq və ya şişin inkişafını dayandırmaq fikri yanlışdır.

"Xərçəng hüceyrələri normal hüceyrələrə nisbətən daha çox qlükoza qəbul etsə də, şəkərli məhsullar onkoloji xəstəliyi ağırlaşdırmır. Əlbəttə, qidalanmaya diqqət yetirmək, daha çox tərəvəz yemək, qırmızı ətin istehlakını həftədə iki dəfə ilə məhdudlaşdırmaq vacibdir. Rasion sağlamlığın qorunmasında mühüm rol oynayır, lakin xərçəngə qarşı universal həll deyil", - deyə həkim bildirir.

Bununla belə o, artıq çəkinin bir sıra onkoloji xəstəliklərin (süd vəzi xərçəngi, yaxud uşaqlıq borusu şişləri) risk faktoru hesab edir.

"Sadəcə anlamaq vacibdir ki, rasionda həddindən artıq şirniyyat olduqda, çəkini nəzarətdə saxlamaq çətinləşir", - deyə o xəbərdarlıq edib.

Dördüncü mif: Dezodorantlar xərçəng yaradır

"Bəzi dezodorantların tərkibində süd vəzi xərçəngi riskini artıra bilən parabenlər olduğuna dair məlumatlar var. Lakin tədqiqatların əksəriyyəti bu kimyəvi maddələrlə süd vəzi toxumalarındakı dəyişikliklər arasında əlaqəni təsdiqləmir", - deyə o bildirib.

Beşinci mif: Elektron cihazlar xərçəng törədə bilər

Həkim bildirib ki, xərçəngin yaranma səbəbi genetik mutasiyalardır.

"Məişət elektrik cihazlarının yaydığı enerji aşağı tezliklidir və genləri zədələmir. Epidemioloji tədqiqatlar təsdiq edir ki, elektron cihazları onkoloji xəstəliklərin inkişafına səbəb olmur", - deyə Yevseyev sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Fevral 2025 06:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri