Icma.az
close
up
RU
Modern Hospitaldan Zəfər gününə özəl yanaşma FOTO

Modern Hospitaldan Zəfər gününə özəl yanaşma FOTO

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Könüllü sosial aktivliklərdə hər zaman yer almağa davam edən Modern Hospital, bu dəfə 8 noyabr Zəfər Gününün 5-illiyi münasibətilə “Qan Ver, Həyat Xilas et!” devizi ilə qanvermə aksiyası keçirdi. Aksiya zamanı yüzdən çox könüllü vətəndaş, o cümlədən Modern Hospital əməkdaşları,  donor olmaq üçün qan verib. Qanvermə aksiyasının məqsədlərindən biri qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım olmaqla bərabər, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək olub.

Redaktor.az xəbər verir ki, qanvermə aksiyasında donorların sağlamlığı Səhiyyə Nazirliyinin Milli Hematologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının heyəti tərəfindən yoxlanıldıqdan sonra donorlardan qan götürülüb. 

Nizami rayon İcra Hakimiyyəti və Nizami rayon Qızıl Aypara Cəmiyyətinin də dəstəyi ilə keçirilən qanvermə aksiyasında qeyd olunan qurumların səlahiyyətli şəxsləri də iştirak edib.

Klinikanın rəhbəri tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov bildirib ki, bu il artıq  2-ci Qarabağ müharibəsi Zəfərinin 5 illik yubileyidir.

"İlk öncə, bizə bu zəfəri yaşadan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvəllərin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla, bütün qazilərimizə, xalqımıza minnətdarlıq edir və şəhidlərimizin ruhu qarşısında baş əyirik. Aksiyamıza gəldikdə, bu gözəl tədbiri təşkil etməkdə məqsəd qan donoru olaraq 100-lərlə insana fayda vermək və Zəfərimizi qanı ilə, canı ilə yazan şəhid və qazilərimizə bir ömür mənəvi borclu olduğumuzu xatırlatmaqdır. Müxtəlif şaxəli tibbi xidmətdə hər il minlərlə insanın sağlamlığına qovuşmasına tövhə verən hospitalımız, eyni zamanda sosial aktivliklərdə, xeyriyyə aksiyalarda yaxından iştirak etməklə fiziki və mənəvi birlik olduğumuzu hərkəsə çatdırmaq istəyirik. Əlavə etməliyəm ki, bu sosial aksiyalarda iştirakımız və tövhəmiz bundan sonra da davam edəcək. Bir daha xalqızımızı kollektivimiz adından təbrik edir, şanlı Zəfərimiz mübarək olsun deyirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri