“Möhtəşəm Yüzyıl”ın Sümbül Ağası hər kəsi təəccübləndirdi Gənclərə meydan oxuyur FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Möhtəşəm Yüzyıl" serialındakı Sümbül Ağa rolu ilə böyük kütlə tərəfindən tanınan məşhur aktyor Selim Bayraktar, 50 yaşına çatmasına baxmayaraq fit görünüşü ilə sosial şəbəkədə gündəm olub. İllərdir davam etdirdiyi idmanın qarşılığını bədəni ilə göstərən aktyor, gənclərə meydan oxuyan bir görüntü sərgiləyib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarım əsri geridə qoyan Bayraktar, sosial media hesabından yayımladığı son fotolarında nəzərə çarpan əzələli bədəni və atletik duruşu ilə diqqət çəkib. Aktyorun paylaşdığı kadrlar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Gündəlik həyatında idmanı laqeyd etmədiyi bilinən Selim Bayraktarın bu fotoları qısa müddətdə yüzlərlə bəyənmə və şərh toplayıb. İzləyiciləri onun görünüşünü "disiplinin və davamlılığın simvolu" kimi dəyərləndiriblər.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Sentyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















