MOK rəsmisi: “Bakıətrafı kəndlərdə və qəsəbələrdə zalların açılması güləşin inkişafına müsbət təsir göstərəcək”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Bakıətrafı kəndlərdə və qəsəbələrdə zalların açılması güləşin inkişafına müsbət təsir göstərəcək.
İdman.Biz “Report”a istinadən xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
O, Zabratda yeni açılan güləş zalı ilə bağlı fikirlərini bölüşüb:
“Gözəl təşəbbüsdür. Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm ki, Taleh Məmmədova dəstək olub. İnanıram ki, bu zalda Taleh kimi idmançılar, çempionlar yetişəcək. Bakıda zallar çoxdur, amma yenə də ehtiyac var. Bakıətrafı kəndlərdə və qəsəbələrdə belə zalların açılması güləşin inkişafına müsbət təsir göstərəcək. Bu ərazidə yaşayan insanları təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə bu gün Zabrat qəsəbəsində tanınmış pəhləvan Taleh Məmmədovun adına yunan-Roma güləşi zalı istifadəyə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















