Bakıətrafı küçələr niyə qaranlıq olur?
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bakıətrafı ərazilərdəki avtomobil yolları qaranlığa qərq olub. Zabrat-Maştağa, Kürdəxanı-Pirşağı yollarında işıq dirəkləri olsa da, yollar işıqlandırılmır”.
Bu şikayətlə “Qafqazinfo”ya Sabunçu rayonunda yaşayan bir qrup sakin müraciət edib.
Onların sözlərinə görə, gecə saatlarında həmin yollardan keçmək çətinlik yaradır. Yolların zülmətə qərq olması qəza hadisələrini də qaçılmaz edir.
Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən istiqamətlərdə işıqlar qoşulmayan küçələr xidmətə verildikcə, onların işıqlandırılması təmin edilir: “Zabrat-Maştağa, Kürdəxanı-Pirşağı yollarına Bakı Abadlıq Xidməti tərəfindən işıq çəkilib. İndi həmin xidmətdən “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə təhvil verilmə işləri gedir. Elə küçələr var ki, işıqlar qoşulub. Harada işıqlandırılmayan yerlər var, İdarə xidmətə götürdükcə, onların da işıqlandırılması təmin ediləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 21 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















