Icma.az
close
up
RU
Moldova parlamenti Kişineuda Rusiya Elm və Mədəniyyət Mərkəzi haqqında sazişin denonsasiyası layihəsini nəzərdən keçirəcək

Moldova parlamenti Kişineuda Rusiya Elm və Mədəniyyət Mərkəzi haqqında sazişin denonsasiyası layihəsini nəzərdən keçirəcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kişineu, 28 oktyabr, AZƏRTAC

Moldovanın yeni hökuməti ilk iclaslarında Kişineudakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyi sazişin ləğvi layihəsini təqdim edəcək. Qərar parlament səsverməsi, Prezident fərmanının imzalanması və Rusiya tərəfinə rəsmi bildirişlə qəbul ediləcək.

AZƏRTAC MOLDPRES-ə istinadla xəbər verir ki, bu barədə Moldova Baş nazirinin müavini Mihay Popşoy ictimai televiziyada yayımlanan “In Context” verilişində bildirib. O, mərkəzin fəaliyyəti ilə bağlı sənədin 1998-ci ildə hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri tərəfindən imzalandığını vurğulayıb.

Baş nazirin müavini deyib: “Bu, mədəni əməkdaşlıq sahəsində imzalanan bir sazişdir. Təəssüf ki, bu sənəd birtərəfli denonsasiyanı nəzərdə tutmur, yalnız yenilənməmə mümkündür ki, bu da denonsasiyaya bərabərdir. Sizə bildirmək istəyirəm ki, Xarici İşlər Nazirliyindən və Mədəniyyət Nazirliyindən olan həmkarlar bu razılaşmanın denonsasiyası - yenilənməməsi üçün bütün lazımi materialları hazırlayıblar. Çox tezliklə, ehtimal ki, yeni hökumətin ilk iclaslarından birində Mədəniyyət Nazirliyindən olan həmkarlar əvvəlcədən hazırlanmış bu paketi təqdim edəcəklər ki, daha sonra hüquqi hissəyə - hökumət qərarının qəbul edilməsinə, ardınca parlamentdə səsverməyə və bu qətnamənin qanuni qüvvəyə minməsi üçün Prezident fərmanının imzalanmasına keçiləcək. Bunun ardından 1998-ci ildən bəri baş verən avtomatik yenilənmənin artıq baş verməməsi üçün Rusiya tərəfinə məlumat verməliyik”.

Mihay Popşoy qeyd edib ki, son illərdə Rusiya Federasiyasının Moldova Respublikasına qarşı xoş niyyətinin olmadığını göstərən kifayət qədər dəlil toplanıb.

2025-ci ilin fevral ayının ortalarında Moldova Respublikasının Xarici İşlər Nazirliyi 1998-ci ildə bağlanmış “Mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında hökumətlərarası Moldova-Rusiya Sazişi”ni birtərəfli qaydada ləğv etmək qərarına gəlib. Lazımi prosedurları yerinə yetirdikdən sonra Rusiya Elm və Mədəniyyət Mərkəzi Moldovadakı fəaliyyətini dayandıracaq. Qərar əvvəllər Moldova ərazisində bir neçə Rusiya pilotsuz uçuş aparatının vurulmasından sonra Rusiya Federasiyasının Moldova Respublikasındakı səfiri təyin olunmuş şəxsə elan edilmişdi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri