Icma.az
close
up
RU
Menu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Rüstəmə dedim ki, sən şair deyilsən…

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

Hər evdə var, amma bu təsirini çoxları bilmir

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

Moskva 400 km hündürlükdən belə görünür

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

Elm və mədəniyyət mərkəzi İrəvan

Elm və mədəniyyət mərkəzi İrəvan

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixi İrəvan şəhəri azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühitin formalaşması bunun təsdiqidir. İrəvan şəhərində mövcud olmuş təhsil sistemi haqqında ən dolğun məlumat xanlığın Rusiya tərəfindən işğalından sonra 1829–1831-ci illərdə həmin ərazidə kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqda çap olunmuş "Erməni vilayətinin Rusiyaya birləşdirilməsi dövrünün tarixi yaddaşı" əsərində verilmişdir. Həmin məlumatlardan aydın olur ki, İrəvan xanlığının ərazisindəki təhsil sistemi mahiyyət etibarilə Azərbaycanın digər xanlıqlarındakı təhsil sistemindən fərqli olmamışdır. İ.Şopenin yazdığına görə İrəvan xanlığının ərazisində təhsillə, əsasən, müəyyən təhsil görmüş din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə fəaliyyət göstərmişdir. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz adlandırılırdılar. Mədrəsələrdə geniş dərs otaqları ilə yanaşı, tələbələrin yaşadıqları kiçik otaqlar – hücrələr olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidər dərs deyirdilər ki, onları dinləmək üçün ölkənin hər yerindən dinləyicilər gəlirdilər. İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərindəki 8 məsciddə 200 şagird təhsil alırdı.

İRƏVANDA İLK İKİSİNİFLİ DÖVLƏT QƏZA MƏKTƏBİ

Rusiya işğalı dövründə İrəvan şəhərində ilk ikisinifli dövlət qəza məktəbi 14 yanvar 1832-ci ildə açılmışdır. 15 mart 1868-ci ildə İrəvan qəza məktəbi dördsinifli klassik progimnaziyaya çevrilmişdir. Azərbaycanlı uşaqların da təhsil aldıqları bu məktəbi 1850-ci ildən 1880-ci ilədək 30 il ərzində İrəvan qəza məktəbini və progimnaziyasını üst-üstə 558 azərbaycanlı bitirmişdi. Tarixi mənbələrə nəzər salsaq görərik ki, Cənubi Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra həyatın bütün sahələri onun tərəfindən idarə olunmağa başladı. 2 avqust 1829-cu ildə Rusiya Maarif Nazirliyi "Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında" qərar qəbul etdi. Cənubi Qafqazda öz ideoloji və siyasi maraqlarını təmin etmək üçün qəbul edilmiş həmin qərarda qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdı. Qərarda 1830-cu ildə başqa şəhərlərlə yanaşı, İrəvanda da 100 şagirdlik qəza məktəbinin açılması nəzərdə tutulsa da, həmin il bunun həyata keçirilməsi mümkün olmamışdır. Araşdırmalardan məlum olur ki, İrəvanda ilk qəza məktəbinin 1831-ci ilin mart-oktyabr aylarında açılmasına yenə də ciddi səy göstərilmiş, hansısa səbəblərdən gerçəkləşdirilməmişdir. Belə ki, müəyyən səylərdən sonra İrəvanda ilk qəza məktəbi 14 yanvar 1832-ci ildə açılmışdır.

Progimnaziya 31 mart 1881-ci ildə səkkizsinifli tam gimnaziyaya çevrilmişdi və sonralar İrəvan Oğlan Gimnaziyası adlanırdı. 1 yanvar 1883-cü ilə olan məlumata görə İrəvan gimnaziyasında təhsil alan 237 şagirddən 37-si azərbaycanlı olmuşdu. Mənbələrdə qeyd olunduğu kimi, ilk dəfə İrəvan qəza məktəbi kimi fəaliyyətə başladığı dövrdən 1918-ci il avqustun 6-da bağlanmasınadək keçən müddət ərzində İrəvan Oğlan Gimnaziyasına şəriət dərslərini və Azərbaycan dili fənnini 1836–1856-cı illərdə Molla Tağı Mahmud oğlu, 1856–1885-ci illərdə Mirzə Ələkbər Elxanov, 1885–1895-ci illərdə Firudin bəy Köçərli, 1895–1905-ci illərdə İsmayıl bəy Şəfibəyov, 1905–1906-cı illərdə Mirzə Məhəmməd Şeyxzadə, 1907–1918-ci illərdə Şeyx Abusəttar Kazımov tədris etmişlər.

MÜQƏDDƏS RİPSİME GİMNAZİYASINI 36 AZƏRBAYCANLI QIZ BİTİRİR

İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qızlar məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Vorontsovun xanımı Yelizaveta Vorontsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilmişdir. 9 iyul 1884-cü ildə bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 30 may 1898-ci ildə isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrilmişdi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916–1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi. İrəvan quberniyasının 1914-cü ilə dair "Yaddaş kitabçası"nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris etmişdir.

Hələ XIX əsrin 50–60-cı illərindən etibarən İrəvan şəhərində özəl məktəblər də fəaliyyət göstərməyə başlamışdı. Özəl məktəbləri yalnız Rusiya təbəəliyi olan şəxslər Qafqaz Tədris İdarəsinin icazəsi ilə aça bilərdi. İki tip özəl məktəblər mövcud idi. Birinci tip məktəblərə məscidlərin və ya kilsələrin nəzdindəki müəllimlərin fərdi proqramı əsasında fəaliyyət göstərən ənənəvi mollaxana tipli məktəblər, ikinci tip məktəblərə isə yeni açılan, lakin öz tədris proqramını dövlət məktəblərinin proqramlarına uyğunlaşdıran məktəblər daxil idi. 1863-cü ildə İrəvanda 15 özəl azərbaycanlı və erməni məktəbləri mövcud idi.

1865-ci ildə şəhərdə 9 müsəlman ruhani məktəbi fəaliyyət göstərmişdir ki, orada 223 şagird təhsil almışdır. Həmin vaxt buradakı 6 erməni ruhani məktəbində 150 şagird təhsil alırmış. 1866-cı ildə məscidlərin nəzdindəki məktəblərdə şagirdlərin sayı 596 nəfərə çatırdı.

CƏNUBİ QAFQAZDA MAARİFÇİLİK HƏRƏKATI

1880-ci ildə açılan İrəvan şəhər ibtidai məktəbi 1900-cü ildə üçsinifli Puşkin adına məktəbə çevrilmişdi. 1901-ci ildə Puşkin adına məktəbin nəzdində bazar günü məktəbi açılmışdı. Məktəbə milliyyətindən və dinin mənsubiyyətindən asılı olmayaraq 16 yaşından 50 yaşınadək irəvanlılar qəbul edilirdilər. Puşkin adına məktəbdə rus və digər dillərlə yanaşı, Azərbaycan dili də tədris edilirdi. Mirzə Hüseyn Axundov məktəbin müsəlman bölməsinin müdiri olmaqla yanaşı, Azərbaycan dili müəllimi kimi də fəaliyyət göstərmişdir.

1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışı olmuşdur. Seminariyanın ilk direktoru Yakob Suşevskinin səyi nəticəsində birinci il seminariyaya 9 müəllim 42 şagird cəlb edilmişdi. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Qafqazda olan bütün müəllimələr seminariyası kimi, İrəvan müəllimlər seminariyası da 4 sinifdən ibarət olmuşdur.

İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin - İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə pedaqoji fikir salnaməmizə yad

daqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır.

AZƏRBAYCANLI PEDAQOJİ KADRLARIN İRƏVAN ŞƏHƏRİNDƏN UZAQLAŞDIRILMASI

İrəvanda təhsil öz inkişaf dövrünü yaşayıb. 1928-ci ildən İrəvanda Kənd Təsərrüfatı Texnikumunun azərbaycanlı bölməsi fəaliyyətə başlamış, 1933-cü ildən həmin bölmə müstəqil İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumuna çevrilmişdi. 1937-ci ildən İrəvan Pedaqoji İnstitutunun 3 fakültəsində azərbaycanlı bölməsi (dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya) mövcud idi. "Könüllü köçürülmə" adı altında həyata keçirilən azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası nəticəsində azərbaycanlı məktəblərinin şəbəkəsi ciddi dağıntıya məruz qoyuldu. İrəvan Pedaqoji Texnikumu 1948-ci ildə tələm-tələsik Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürüldü. İrəvan Dövlət Pedaqoji İnstitutunun və Erməni Dövlət Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı bölmələri (dil-ədəbiyyat, tarix, fizika-riyaziyyat) müvafiq olaraq Bakıdakı pedaqoji institutlara köçürüldü. Həmin dövrdə İrəvan şəhərində təlim Azərbaycan dilində olan iki orta məktəbin – Kirov adına qızlar və Əzizbəyov adına oğlanlar orta məktəblərinin müəllim və şagird kontingentinin xeyli hissəsi Azərbaycana köçmək məcburiyyətində qalmışdı. Bununla da azərbaycanlı pedaqoji kadrların İrəvan şəhərindən uzaqlaşdırılmasını istəyən Ermənistan rəhbərliyinin çoxdankı arzusu həyata keçmiş oldu.

Yalnız 1954-cü ildə tərkibində iki fakültə (fizika-riyaziyyat və Azərbaycan dili və ədəbiyyatı) olmaqla İrəvan Pedaqoji İnstitutunda yenidən azərbaycanlı bölməsi açıldı. İnstitutda yalnız Azərbaycan dili və ədəbiyyatı kafedrası müstəqil fəaliyyət göstərirdi. Kafedraya əvvəlcə tanınmış elm xadimi Əkbər Yerevanlı, onun vəfatından sonra isə Knyaz Mirzəyev rəhbərlik etmişdi. İnstitutun azərbaycanlı bölməsində müəyyən fənlərin tədrisi üçün Bakıdan müvafiq ixtisaslı alimlər dəvət edilirdi. 1961-ci ildə İrəvan Pedaqoji İnstitutunda Fizika-riyaziyyat və Ədəbiyyat-tarix fakültələri ləğv edilmiş, əvəzində 25 tələbənin təhsil aldığı İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi açılmışdı.

1970-ci ildə İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi də ləğv edilmiş, əvəzində 25 tələbə qəbul edilən Ədəbiyyat-tarix fakültəsi açılmışdı.

Tarixən Azərbaycanın elm, maarif və mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhəri XX əsrin sonlarında etnik təmizlənməyə məruz qaldı.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see375

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see360

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see353

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see338

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see330

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see327

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see324

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see324

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see321

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see319

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see310

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see306

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see300

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see290

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see265

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see265

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see264

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see243

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see234

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri