Moldovanın hava məkanını 4 pilotsuz uçuş aparatı pozub
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moldovanın hava məkanı Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücumlar fonunda 4 pilotsuz uçuş aparatı (PUA) tərəfindən pozulub.
APA xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Təhlükəsizlik məqsədilə Moldovanın şimalındakı hava məkanı müvəqqəti bağlanıb. Hava məkanı daha sonra yenidən açılıb.
Bundan əlavə, Şoldaneşti rayonunun Vadul Raşkov kəndi sakini partlayışa bənzər güclü səslər eşitdiyini bildirib. İlkin məlumata görə, partlayışın Dnestryanı bölgənin sol sahilində yerləşən Kamensk ərazisində baş verdiyi ehtimal olunub.
Daha sonra Floreşti rayonunun Çernitsa kəndi yaxınlığında da partlayış barədə məlumat daxil olub. Moldova polisi partlayışın yerini müəyyən edib. Hadisənin fermaya bitişik ərazidə yerləşən tarlada baş verdiyi bildirilib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisə yerində polis və digər ixtisaslaşmış qurumların əməkdaşları araşdırma aparır. Ərazidə drona aid ola biləcək qalıqlar da aşkarlanıb.
Moldova hakimiyyəti vətəndaşlara yerdə aşkar etdikləri naməlum və ya şübhəli obyektlərə yaxınlaşmamaq və belə hallar barədə dərhal aidiyyəti qurumlara məlumat vermək çağırışı edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















