Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozub
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ötən gecə iki naməlum pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava sərhədlərini pozub.
APA xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, PUA-lar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratması səbəbindən fövqəladə tədbir olaraq ölkənin hava məkanı təxminən bir saatdan çox müddətə müvəqqəti bağlanıb. Bu səbəbdən Kişinyovda enməli olan iki sərnişin təyyarəsi Rumıniyanın Bakeu hava limanına yönəldilib.
Məlumata görə, operativ məlumatlar hər iki pilotsuz aparatın milli hava məkanını tərk edərək Ukrayna ərazisinə daxil olduğunu təsdiqləyiblər.
Bu mövzuda digər xəbərlər:Moldovanın hava məkanı PUA larla pozulub
03 Oktyabr 2026 13:59
Ukrayna Moldovanın hava məkanını pozub
03 Fevral 2025 16:53
Rusiya yenidən Moldovanın hava məkanını pozub
31 İyul 2026 15:38
Moldovanın hava məkanını 4 pilotsuz uçuş aparatı pozub
24 Sentyabr 2026 12:02
Rəsmi Moskva Moldovanın PUA uçuşu ilə bağlı ittihamlarını rədd edib
27 Noyabr 2025 17:20
Baxış sayı:93
Bu xəbər 29 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















