Icma.az
close
up
RU
Mollanəsrəddinçi “Şeypur” jurnalı

Mollanəsrəddinçi “Şeypur” jurnalı

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Bakıda Azərbaycan dilində nəşr olunan həftəlik satirik jurnal "Şeypur" ilk dəfə işıq üzü görüb.

Kulis.az professor Alxan Bayramoğlunun "Mollanəsrəddinçi “Şeypur” jurnalı" yazısını təqdim edir.


XX əsrin əvvəllərində Azərbaycanda ictimai-mədəni və ədəbi fikir nümayəndələrindən biri də Məmmədəli Sidqidir. O, dövrünün tanınmış nüfuz sahiblərindən olub, maarifçi, pedaqoq və ədib kimi tanınan Məhəmmədtağı Sidqinin oğludur. Gənc yaşlarından zəkası və intellekti ilə Cəlil Məmmədquluzadənin və digər jurnalist ədiblərin diqqətini cəlb etmişdi. Təsadüfi deyil ki, 1910-cu ildə və 1911-ci ilin əvvəllərində Mirzə Cəlil müəyyən səbəblər üzündən bir müddət Qarabağda - Kəhrizlidə yaşamalı olanda “Molla Nəsrəddin” jurnalının “müvəqqəti redaktor”luğunu Məmmədəli Sidqiyə etibar etmişdi. Satirik poeziya məktəbinin banisi və bayraqdarı M.Ə.Sabir xəstəliyi ilə bağlı müalicə üçün Tiflisə birinci dəfə gedəndə C.Məmmədquluzadənin tapşırığı ilə onun qayğısına M.Sidqi qalmışdı.

Onun “Molla Nəsrəddin”də işləməsi, mollanəsrəddinçilərlə dostluq və yaradıcılıq əlaqələri təsirsiz olmamışdı və 1918-ci il oktyabr ayının 5-də Məmmədəli Sidqi Bakıda “Şeypur” adlı satirik jurnal nəşr etməyə başlayır. 1919-cu ilədək çap edilən həmin satirik jurnalın baş redaktoru özü, naşiri isə tanınmış şair Səməd Mansur olmuşdur.

Bildiyimiz kimi, “Şeypur”un nəşri dövründə - hələ 1917-ci ildən “Molla Nəsrəddin” jurnalı öz fəaliyyətini müvəqqəti dayandırmış və C.Məmmədquluzadə bir müddət Təbrizdə yaşamışdı. Ona görə də bu dövrdə ölkədə cərəyan edən mürəkkəb sosial-siyasi, mənəvi-psixoloji proseslərə satirik və yumoristik güzgü tutmaq missiyasını “Şeypur” öz üzərinə götürmüş, milli mətbuatın həmin sahəsində yaranan boşluğu müəyyən qədər doldura bilmişdi. Jurnal həm yaradıcılıq prinsipləri, həm ictimai-mədəni mövqeyi, həm də hadisə və proseslərə sosial-psixoloji münasibəti baxımından “Molla Nəsrəddin” məktəbinin ənənələrini özündə qabarıq ifadə edirdi. Belə ki, “Şeypur” jurnalında da müəlliflər satirikyönlü gizli imzalardan - “Günahkar”, “Həzrət”, “Yaftım”, “Yaftıməli”, “Hatif”, “Sərgərdan”, “Dağlızadə”, “Mürtəd”, “Biz Qozqurab bəy”, “Əli hər yerdən üzülmüş”, “Müsafir”, “Pampuşalı”, “Bir naxoş”, “Həsrətli”, “Sabiq spekulyant”, “Sırtıq”, “Cingirov” və s. istifadə edirdilər. Jurnalda satirik şeir, məqalə, felyeton, lüğət, poçt qutusu, teleqraf xəbərləri və başqa janrlarda qələmə alınan materiallara üstünlük verilirdi. Həmin zəngin formalı yazıların məzmunu, mövzu dairəsi və tənqid hədəfləri dövrün sosial-mədəni, hərbi, siyasi, iqtisadi və beynəlxalq hadisələrin, o cümlədən ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri soyqırımı, əsassız ərazi iddiaları, bolşevik təhlükəsi, ingilislərin Bakı maraqları, Azərbaycan demokratik hökumətinin qayğıları, senzura, iqtisadiyyat, hərbi vəziyyət, ərzaq problemi və digər bu kimi məsələlərə fəal yaradıcı vətəndaş münasibətinin “Şeypur”da ideya-bədii əksi kimi maraqlı və ibrətlidir.

İstedadlı alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor və ictimai xadim Hüseyn Həşimli “Şeypur” jurnalının 18 nömrəsinin bütün materiallarını latın qrafikalı əlifbaya çevirib kitab şəklində çap etdirmişdir. Bundan əvvəl “Yeni Füyuzat” jurnalının bütün materiallarını kitab şəklində geniş “Ön söz”lə çap etdirən professor H.Həşimli Səid Səlmasi, Əli Səbri, Əli Məhzun, Məmmədəli Sidqi və başqaları haqqında çap etdirdiyi monoqrafiyaların “Əlavələr” bölməsində həmin ədiblərin əsərlərindən nümunələri də oxuculara çatdırmaq zəhmətinə qatlaşaraq xeyli təcrübə toplamışdır. “Şeypur” jurnalı (1918-1919-cu illər)” kitabına yazdığı ön sözdə Hüseyn Həşimli milli mətbuat və ictimai-mədəni düşüncə tarixində həmin jurnalın tutduğu mövqeyə elmi qiymət vermiş, indiyədək onun tədqiqatlardan kənarda qalmasının sosial-tarixi, ideya-siyasi səbəblərini izah etmişdir.

H.Həşimli “Şeypur” jurnalında gedən satirikyönlü gizli imzaların bəzilərinin müəllifliyi, o cümlədən “Şeypur” imzasının kimə məxsus olması ətrafında fikir mübadiləsi etmiş və əsaslı dəlillərlə həmin imzanın Məmmədəli Sidqiyə məxsus olduğunu bildirmişdir.

Alimin həmin mülahizələrinə əlavə olaraq bildiririk ki, o dövrün qanun halına düşmüş ənənəsinə görə, hər hansı mətbu orqanın adından imza kimi ancaq onun baş redaktoru istifadə edə bilərdi. “Şeypur” jurnalının baş redaktoru Məmmədəli Sidqi olduğu üçün “Şeypur” imzası da mübahisəsiz olaraq ona məxsus idi. Jurnalda işlədilən “Hatif” imzası isə Mirzə Məhəmməd Axundova məxsusdur.

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri Yeni Ceyms Bond kim olacaq?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Oktyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri