Mollazadə: Putin Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiya prezidenti Vladimir Putin vaxt qazanmaq istəyir və Ukraynada müharibəni davam etdirəcək. Bu məqsədlə də, Amerika prezidenti Donald Trampla əlaqələr qurulur. Yəni Kremli vaxt əldə etməklə müharibəyə davam etmək niyyətindədir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Budapeştdə nəzərdə tutulan Donald Tramp və Vladimir Putin arasındakı görüş və əldə ediləcək mümkün nəticələrdən danışarkən bildirib.
O, Amerika və Rusiya prezidentlərinin Budapeştdə razılığa gələcəklərinə inanmır. Mollazadə buna əsas kimi Rusiyanın müharibəni davam etdirmək niyyətini göstərir.
“Bu görüş sülhün yaranması baxımından uğurlu olmayacaq. Əlbəttə, nəticə haqqında qəti danışmaq çətindir. Ancaq aydındır ki, Rusiyanın vəziyyəti çətin olacaq”,- deyə Mollazadə əlavə edib.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
11 İyul 2025 14:42
Məhz vasitəçi olmadan görüşün keçirilməsi müsbət nəticə verib Asim Mollazadə
11 İyul 2025 14:48
Rusiyadan Azərbaycana qarşı müsbət bir şey gözləmirəm Asim Mollazadə
22 May 2025 10:55
Tramp: Putin və Uitkofun görüşündə böyük irəliləyiş əldə olunub
06 Avqust 2025 21:26
Tramp Putin görüşündə bəzi razılaşmaların əldə olunması mümkündür POLİTOLOQ
20 Oktyabr 2025 16:05
Baxış sayı:70
Bu xəbər 20 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















