Icma.az
close
up
RU
Monopolistlərə görə xeyli insan evinə çörək apara bilmir Əli Məsimli

Monopolistlərə görə xeyli insan evinə çörək apara bilmir Əli Məsimli

"Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın inkişafına çox ciddi mane olur".


Pravda.az "Unikal"a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.


"Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, haqsız rəqabət bizim üçün böyük əngəl yaradır. Monopolistlər öz imkanlarından istifadə edərək müxtəlif üsullarla rəqiblərini sıradan çıxarırlar.
Bir sıra istisnaları çıxmaq şərti ilə monopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora əl qoymağa çalışırlar və fərqində deyillər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanından məhrum edilir.


Ona görə də ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gəlir. Korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir", - deyə deputat bildirib.

seeBaxış sayı:21
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri