Montella Türkiyə millisinin DÇ 2026 da çıxışını erkən başa vurmasından nə danışdı?
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Paraqvaya uduzaraq dünya çempionatından erkən uzaq düşmələrinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Ajanspor" italiyalı çalışdırıcının oyunsonrası mətbuat konfransında dediklərini belə çatdırıb:
"İki matçda rəqib qapılarına təxminən 60 zərbə endirsək də, qol vura bilmədik. Bəxt bizim tərəfimizdə deyildi. Taleyin hökmündən yayınmaq mümkün deyil.
Çox üzr istəyirəm. Millətimizin gözləntiləri yüksək idi. Türkiyə Futbol Federasiyasına da üzrxahlığımı çatdırıram. Onların nə qədər çalışdıqlarını bilirəm. Oyunçularım da fədakarlıq etdilər, ancaq... 35 ildir futboldayam. Normalda hər 50 oyundan bir belə matçlar olur. Bizim vəziyyətimizdə bu, ardıcıl iki oyunda baş verdi. Oyunçularımıza başlarını dik tutaraq getmələrini dedim. Yenidən cəh edəcək, daha yaxşı olacağıq".
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın qrupunda Avstraliya (0:2) və Paraqvaya (0:1) uduzaraq pley-offa vəsiqə qazana bilməyib. "Ay-ulduzlular" son turda ABŞ ilə formal görüşə çıxacaq.
Baxış sayı:200
Bu xəbər 20 İyun 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















