Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Monteneqronun məşhur “Sveti Stefan” oteli 65 yaşını boş qeyd edib

Monteneqronun məşhur “Sveti Stefan” oteli 65 yaşını boş qeyd edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Podqoritsa, 15 iyul, AZƏRTAC

Monteneqronun incisi sayılan və Adriatik dənizi sahilində yerləşən sirli Sveti Stefan adasındakı şəhər-otel 65 illik yubileyini turistlərə qapalı qeyd edib.

AZƏRTAC xəbər verir ki, bir vaxtlar ölkə turizminin ticarət nişanı olan və onilliklər ərzində dünyanın siyasi elitasını, aktyorlarını, müğənnilərini və idmançılarını özünə cəlb edən unikal “City-Hotel Sveti Stefan”ın əsas qapısında beş ildir qıfıl asılıb.

Otelin tarixi kommunizm dövründən başlayır. Əsrlər boyu istilalara tab gətirən, orta əsr qalası olan bu qeyri-adi balıqçı kəndi 1960-cı il iyulun ortasında dəbli kurorta çevrilib, tezliklə dəbdəbə və prestijlə sinonimləşib. Təxminən 250 çarpayılıq otellə yanaşı, adadakı dörd kilsədən biri kazino kimi fəaliyyət göstərib. Sveti Stefan adasının “Adriatikin Monakosu” adlandırılmasına səbəb burada kazinonun fəaliyyət göstərməsi olub. Bura beynəlxalq “Aman Resorts” qrupunun 5 ulduzlu franşizi olan “Aman Sveti Stefan” kurortu ilə tanınıb. 1972-ci ildə ada ən unikal turizm məkanı olduğuna görə mükafata layiq görülüb.

Ötən əsrin 70-80-ci illərində dövlət tərəfindən idarə olunduğu “qızıl çağ”ında kral və imperatorların, dünya siyasətçilərinin və Hollivud ulduzlarının ziyarət etdiyi otel hazırda baxımsız kompleksə çevrilib. Bir vaxtların elit kurortu 2021-ci ildən kirayəçi - “Adriatic Properties” şirkəti ilə Monteneqro hökuməti arasındakı mübahisə səbəbindən Sveti Stefan və Villa Miloçer şəhər mehmanxanası bağlandıqdan sonra tənəzzülə uğrayıb. Elit mehmanxana getdikcə uçuq-sökük və baxımsız hala düşür. Otel açıldığı gündən 65 illiyini qeyd etdiyi bu vaxta kimi dünyanın turist ictimaiyyətinə hələ də ən yaxşılar sırasında olduğu mesajı vermək əvəzinə, bu gün bunun əksi baş verir.

Dar və uzun yol ilə quruya bağlanan adanın sahəsi 1,46 hektardır. Adada bir neçə köhnə kilsə, o cümlədən adanın adını daşıyan Müqəddəs Stefana həsr olunmuş kilsə var. Ada ictimaiyyət üçün açıq deyil. Buranın 364 nəfər əhalisi var ki, onların 206-sı serbiyalı, 127-si monteneqrolu, 31-i isə digər millətlərdəndir. Bura Monteneqro turizminin məşhurlaşmasında mühüm yer tutur, ölkənin təbliğində hər zaman bu turizm brendinin - “Sveti Stefan” fotosu yer alır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri