Moped və velosiped faciəsi 17 yaşlı gənc və Ülfət Hüseynov öldü
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda bir gün ərzində moped və velosiped idarə edən iki gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ikitəkərli nəqliyyat vasitələrinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumata görə, hadisələrdən biri Siyəzən rayonunda, digəri isə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gənc sürmə vərdişləri olmadığı halda moped idarə etməyə cəhd göstərib. Bu cəhd faciə ilə nəticələnib və yeniyetmə həyatını itirib.
Digər hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Gecə saat 23:50 radələrində velosiped idarə edən Ülfət Hüseynovu naməlum avtomobil vurub. Məlumata görə, velosipedçi nəqliyyat axınının əks istiqamətində hərəkət edib.
Hadisə yerindən qaçan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov Dövlət Yol Polisi əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılıb. Lakin ağır xəsarət alan velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.
BDYPİ-dən moped və velosiped sürücülərinə çağırış
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadənin genişləndiyini, bununla yanaşı, onların iştirakı ilə baş verən qəzaların artmasının narahatlıq doğurduğunu bildirir.
İdarənin mövqeyinə görə, belə nəqliyyat vasitələrinin yaratdığı risklərin azaldılması yalnız qadağalarla deyil, yol hərəkəti qaydalarına əməl olunması və şəxsi məsuliyyətin artırılması ilə mümkündür.
BDYPİ bütün hərəkət iştirakçılarını təhlükəsiz yol mühitinin formalaşdırılmasına töhfə verməyə çağırıb.
Baş verən iki ölüm hadisəsi bir daha göstərir ki, moped və velosiped idarə edənlərin təhlükəsizlik qaydalarına əməl etməsi, sürücülərin isə yolda ikitəkərli nəqliyyat vasitələrinə qarşı diqqətli olması həyati əhəmiyyət daşıyır.
Post navigation
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 31 Oktyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















