Morq müdiri meyitləri parçalayıb sınaq aparırmış
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-də morq sahibi meyitlər üzərində təcrübə aparmaqda ittiham olunur.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, Texas ştatında morq sahibi Adeline Nqan-Binh Bui meyitlər üzərində qanunsuz təcrübələr aparmaqda ittiham olunub. Polis onun istifadə etdiyi alətlərin üzərində insan qalıqları aşkar etdikdən sonra araşdırmalara başlayıb.
Austin şəhər polisi, Texas Dəfn Xidməti Komissiyasının xəbərdarlığından sonra qadını saxlayıb. Aparılan axtarış zamanı meyitlərin hissələrinin kəsilərək embalmasiya (saxlanma) prosesi üçün sınaqdan keçirildiyi məlum olub.
Adeline Nqan-Binh Bui meyitlərin təhqiri və hökumət sənədlərini saxtalaşdırma ittihamları ilə həbs olunub. O, 27 min dollar girov qarşılığında azadlığa buraxılıb. İstintaq davam edir.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















