“Moskva “3+3” görüşünün təşkili üçün İrəvan və Bakıdan addımlar gözləyir”
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya Ermənistan və Azərbaycanın “3+3” formatında növbəti görüşün yeri və tarixlərinin tezliklə razılaşdırılması üçün əməli addımlar atacağını gözləyir”.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqaz üçün mühüm məsələlərin müzakirəsi üçün effektiv platformadır. Moskva bütün istiqamətlərdə tərəfdaşları dəstəkləməyə hazırdır", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda sülhün möhkəmləndirilməsini və Ermənistanla Azərbaycan arasında sabit barışığın yaradılmasını prioritet hesab edir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















