Icma.az
close
up
RU
Moskva İrəvanda Paşinyana rəqib axtarır...

Moskva İrəvanda Paşinyana rəqib axtarır...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mətləb Salahov: “Rusiya rəhbərliyi gələnilki seçkilərə qədər var gücü ilə İrəvanda yeni tərəfdaş axtarışına çıxıb"

“Hazırda Ermənistan siyasətində sözün əsl mənasında Nikol Paşinyanın açıq-aşkar üstünlüyü göz qabağındadır. 44 günlük müharibədə Azərbaycana uduzan dövlətin başçısı, hazırkı erməni cəmiyyəti tərəfindən dəstklənirsə bunun mühüm səbəbləri var. İlk növbədə keçmiş Ermənistan prezidentlərinin – revanşist Serj Sarkisyan və Robert Köçəryanın hakimiyyətdə olduqları müddətdə müharibə hesabına var-dövlət sahibi olmaları, “Qarabağ” kartından cinayət və korrupsiya üçün geninə-boluna istifadə edib erməni xalqını Qafqazın dilənçi xalqına çevirmələri, son nəticədə Ermənistanın sözün əsl mənasında “quyunun dibinə” düşməsi erməni xalqının N.Paşinyan hakimiyyətinə olan dəstəyinin əsas səbəbləri sırasındadır.
Xalq anladı ki, revanşist “müharibə partiyaları” Ermənistan üçün bir nömrəli düşməndir. İndi Qazaxıstan taxılı Azərbaycan vasitəsi ilə Edrmənistana daşınırsa, Ermənistan tədricən regionun kommunikasiya sisteminə qoşulubsa, o zaman erməni cəmiyyəti nədən N.Paşinyanı deyil, keçmiş tör-töküntüləri seçsin?.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov diqqətə çatdırıb ki, hazırda Ermənistan gələnilki parlament seçkilərinə hazırlaşır və belə görünür ki, Moskvaya meylli siyasi qüvvələr bu mərhələdə tam mənası ilə oyundankənar vəziyyətdədirlər. “Diqqət edin: Kilsədən sonra Rusiya vətəndaşı olan erməniəsilli iş adamı, milyarder Samvel Karapetyanın həbsi ilə Ermənistandakı revanşist müxalifətin də “xodu alındı”. Hansı ki, Moskva onu N.Paşinyana qarşı əsas alternativ qüvvə kimi meydana çıxarmaq istəyirdi. Bu gün İrəvan məhkəməsinin qərarına əsasən, S. Karapetyan daha iki ay həbsdə qalacaq. Yerdə qalan S.Sarkisyan-R.Köçəryan cütlüyü də erməni cəmiyyətinin gözündə qara qəpik qədər dəyərə sahib deyillər. Artıq Ermənistan sosial şəbəkə seqmentində və rəy sorğularında əhali Ermənistanın hazırkı böhran durumuna görə məhz bu siyasi qanqster dəstəsini və onları dəstəkləyən Rusiyanı günahkar görür. Erməni cəmiyyətində açıq-aşkar Rusiya fobiyası formalaşıb. Bu isə Rusiyanın İrəvanda yeni tərəfdaşlar tapmaq işini xeyli çətinə salır. Artıq həm Rusiya, həm də Ermənistan mediasında Moskvanın yeni siyasi dayaq axtarışında olduğu açıq şəkildə yazılmağa başlanılıb. Bəs Rusiya İrəvanda siyasi tərəfdaş kimi kimi seçəcək? Çətin məsələdir.
Əlbəttdə onun siyasi zibilliyə atılmış keçmiş iqtidarlarla yeni dövr üçün işbirliyi yaratmayacağı dəqiq məlumdur. S.Karapetyandan sonra Moskvaya tam yeni siyasi sima lazımdır. Rusiya bu işi gələnilki parlament və bələdiyyə seçkilərinə qədər həll etmək istəyir. Lakin görünən odur ki, Kremlin bu istəyi N.Paşinyanın Ermənistanı blokadadan çıxartdığı və erməni cəmiyyətində Rusiyaya nifrət formalaşdığı indiki məqamda çətin məsələdir”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri