Icma.az
close
up
RU
Moskva İrəvanda seçkinin nəticəsini tanıyacaqmı?

Moskva İrəvanda seçkinin nəticəsini tanıyacaqmı?

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya XİN-in rəsmi nümayəndəsi isə güclü və suveren Ermənistanın tərəfdarı olduqlarını dedi

Ermənistanda keçirilən parlament seçkiləri Moskvanın seçki kampaniyası boyunca nümayiş etdirdiyi açıq təzyiqlər və müxtəlif iqtisadi rıçaqların işə salınması ilə müşahidə olundu. Bu dövrdə internet məkanında, xüsusilə sosial şəbəkələrdə genişmiqyaslı dezinformasiya dalğası yayıldı. Kremlə yaxınlığı ilə seçilən media resurslarının təbliğatında Ermənistanın Qərblə strateji tərəfdaşlığı ölkə üçün təhlükə mənbəyi kimi qələmə verildi. Ekspertlər bu addımları ictimai rəyi manipulyasiya etmək cəhdi kimi qiymətləndirdilər. Hətta Kremldən verilən bəyanatlarda Ermənistanın bu addımları 2022-ci ildə Ukraynaya qarşı başladılan genişmiqyaslı işğalın səbəbləri ilə eyniləşdirildi.

Təzyiqlər yalnız informasiya məkanı ilə məhdudlaşmadı. Səsverməyə bir neçə həftə qalmış Rusiya Ermənistan mənşəli bir sıra kənd təsərrüfatı və sənaye mallarının idxalına qadağa qoydu. Moskva bu addımı texniki və sanitar standartlarla əlaqələndirməyə çalışsa da, əslində, seçicilərin siyasi iradəsinə təsir idi.

Onu da qeyd edək ki, seşkiöncəsi siyasi müzakirələrdə Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) gələcəyi diqqət mərkəzində oldu. Müxalifət liderləri, xüsusən də keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan Rusiya amilini ön plana çıxararaq Aİİ-ni ölkə iqtisadiyyatının, enerji təminatının və təhlükəsizliyinin yeganə dayağı kimi təqdim edirdilər. Onlar Moskva ilə münasibətlərin zəifləməsinin ölkəni fəlakətə və ciddi təhlükəsizlik risklərinə sürükləyəcəyini iddia edirdilər. Hakimiyyət isə cavabında bildirdi ki, Ermənistan yalnız bir qütbün əsirinə və birtərəfli asılılığa çevrilməməli, Aİİ ilə yanaşı paralel olaraq Avropa İttifaqı (Aİ) ilə də dərin inteqrasiya, investisiya artımı və azad ticarət imkanlarını genişləndirməlidir. Bu rəqabət faktiki olaraq seçicilərin qarşısında “Ermənistan Şərqlə Qərb arasında seçim etməlidirmi?” sualını qoydu.

Seçkidən dərhal sonrakı çıxışında baş nazir bu qələbəni xalqın revanşizmə və kriminal-oliqarxik sistemə verdiyi ən böyük cavab kimi qiymətləndirdi. O, müxalifəti “müharibə partiyası” adlandıraraq seçicilərin onların təklif etdiyi siyasi kursu rədd etdiyini bildirdi. Paşinyan çıxışında keçmiş hakimiyyətlə əlaqələndirdiyi “kriminal-oliqarxik sistemin” tamamilə aradan qaldırılmasının gələcək hökumətin əsas fəaliyyət istiqamətlərindən biri olacağını da vurğuladı.

***

Şübhəsiz, Moskvanın bütün cəhdlərinə baxmayaraq, sandıqdan çıxan nəticələr Rusiyanın regiondakı təsirinin sürətlə zəiflədiyini bir daha sübut etdi. Bir vaxtlar Moskvanın regiondakı ən sadiq müttəfiqi və hərbi-siyasi dayağı sayılan Ermənistanda seçicilər fırtınalı və asılı keçmişi geridə qoyaraq yeni səhifə açmağa üstünlük verdilər. Paşinyanın qazandığı bu güclü və yenilənmiş mandat İrəvana xarici siyasəti şaxələndirmək, eləcə də regional təhlükəsizlik arxitekturasını yenidən qurmaq üçün böyük bir hərəkət azadlığı və siyasi üstünlük qazandırdı.

Bazar günü keçirilən parlament seçkiləri yalnız Ermənistanın daxili siyasi mənzərəsini yeniləmədi, həm də Cənubi Qafqaz regionundakı güc balansını dəyişdirmək potensialını ortaya qoydu. İrəvanın xarici siyasətdə Qərbə yönəlməsi isə regionda uzun illərdir mövcud olan ənənəvi təhlükəsizlik və hərbi formatların tədricən sıradan çıxmasına yol açacaq. Lakin seçki marafonunun ortaya çıxardığı dərin ictimai parçalanma və kəskin siyasi qütbləşmə onu göstərir ki, Ermənistan cəmiyyətində xarici siyasət və milli kimlik ətrafındakı mübahisələr hələ uzun illər ölkənin daxili və xarici gündəminin əsas mövzusu olacaq.

***

Baş nazirin çıxışında maraqlı bir məqam da var. O bildirdi ki, seçkilərin nəticələrinə görə hakim “Mülki müqavilə” partiyası parlament çoxluğunu təşkil edəcək və hökuməti formalaşdıracaq: “Yaxın aylarda bu mövzunu müzakirə etmək imkanı olacaq”.

Seçki Məcəlləsi isə sabit parlament çoxluğunun formalaşdırılmasını tələb edir. Bu qanunların qəbulunda vacib şərtdir. Məcəlləyə əsasən, parlament çoxluğunu səslərin 54 faizin formalaşdırılması təmin edir. Əgər seçkilərin nəticələrinə parlament çoxluğu formalaşmazsa, ikinci tur keçirilir. Bazar günü keçirilən parlament seçkilərində isə Paşinyanın partiyası 50 faizdən az səs toplayıb. Belə görünür ki, nə parlament çoxluğunu, nə də hökuməti formalaşdıra bilər. Yəni ikinci tur keçirilməlidir. Amma burda bir özəllik var. Ermənistanda parlament yerlərinin bölüşdürülməsi “D’Hondt” sistemi əsasında həyata keçirilir. Bu sistem proporsional seçki modelinin bir növüdür və məqsədi partiyaların aldıqları səslərə uyğun şəkildə parlamentdə yer paylanmasını təmin etməkdir. Sistemin mühüm xüsusiyyəti ondan ibarətdir ki, parlamentə keçid baryerini keçə bilməyən partiyaların topladığı səslər “itmir”. Sistemin müəyyən qaydaya əsasən, seçki baryerini aşan partiyalar arasında yenidən bölüşdürülür. Proses zamanı daha çox səs toplamış partiyalar əlavə mandatlar qazanmaqda üstünlük əldə edir. Bununla da bu mexanizm böyük partiyaların xeyrinə işləyir. Bu isə o deməkdir ki, “Mülki müqavilə”, faktiki olaraq, parlamentdəki mandatlardan 54 faizdən çoxuna sahib olaraq təkbaşına hökuməti formalaşdırmaq, qərarlar qəbul etmək gücünü saxlayır. Yəni bir partiya ümumi səslərin mütləq 50 faizindən azını toplasa belə, kiçik partiyaların səslərinin yenidən bölüşdürülməsi hesabına parlamentdə daha yüksək təmsilçilik əldə edəcək. Bu, xüsusilə birinci yerdə olan partiyanın mandat sayını artıraraq onun siyasi mövqeyini gücləndirir.

***

Ermənistanda keçirilən parlament seçkiləri Cənubi Qafqazın gələcək geosiyasi düzəninə təsir göstərəcək hadisə kimi Moskva, Brüssel və Vaşinqtonun diqqət mərkəzində olub. Seçkilərin nəticələri elan olunduqdan sonra Kremlin reaksiyası xüsusilə diqqət çəkib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva tarixən olduğu kimi, bundan sonra da güclü və həqiqətən suveren Ermənistanın tərəfdaşıdır. O, Ermənistan xalqını Rusiyanın qardaş xalqı adlandıraraq onlara sülh və rifah arzulayıb. Bəyanatda seçkilərin nəticələri və ya qalib siyasi qüvvələr barədə qiymətləndirmə verilməyib, əsas vurğu gələcək hökumətin tərkibindən asılı olmayaraq Moskvanın İrəvanla əməkdaşlığı davam etdirmək niyyətinə yönəlib. Bu yanaşma Kremlin Ermənistanın daxili siyasi seçiminə uyğunlaşmağa hazır olduğunu göstərir.

Sonda onu da qeyd edək ki, Moskvanın və daxili rəqiblərin bütün cəhdlərinə baxmayaraq, seçicilərin ümumi iradəsini dəyişmək mümkün olmadı. Şübhəsiz ki, bu gün kağız üzərində Ermənistan və Rusiya hələ də rəsmi müttəfiq hesab olunsalar da, tərəflər arasındakı dərin etimadsızlıq seçki marafonunda özünü daha qabarıq göstərdi. Mövcud mənzərə də bu etimadsızlığı tam şəkildə təsdiqlədi.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 03:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri