Icma.az
close
up
RU
Moskva isterika içində: “Bakı ilə Ankara birləşir, dəhliz açılır, Rusiya isə...”

Moskva isterika içində: “Bakı ilə Ankara birləşir, dəhliz açılır, Rusiya isə...”

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlərdə Rusiya Azərbaycana qarşı informasiya müharibəsini daha da intensivləşdirib və təzyiqlərini artırıb. Bu hibrid müharibə çərçivəsində qarşı tərəfin təzyiqlərinə qarşı Azərbaycan öz strateji mövqeyini gücləndirmək üçün adekvat və çevik addımlar atdığına dair xəbərlər var. Müdafiədən hücum taktikasına keçmək üçün zəmin formalaşır və Bakı artıq regional oyun qaydalarını özünə uyğun şəkildə müəyyən etməyə başlayıb. Azərbaycan həm daxildə, həm də beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirərək, qarşıya qoyulan çağırışlara qarşı qətiyyətli duruş nümayiş etdirir.

Globalinfo.az-a danışan ARB24-ün siyasi analitik verilişi “Nə baş verir?”in aparıcısı Jalə Həsənli deyib ki, Rusiya artıq Cənubi Qafqazdakı təsir gücünün azaldığının fərqindədir:

“Məğlubiyyət isə hər zaman acıdır. Xüsusilə də Rusiya kimi imperialist ideyalarla yaşayan bir dövlət üçün. Rusiyanın heç də yad olmayan siması bu dəfə xəbər portallarında, tok-şoularında, troll şəbəkələrində görünür. Bakı artıq oyunun qaydalarını özü yazır, Moskva isə bununla barışmaq istəmir. 90-cı illərdəki kimi tanklarla yox, bu dəfə üzərimizə təzyiqlərlə gəlməyə çalışır. 90-cı illərdə tankdan qorxmayan bir milləti indi sözlə, təzyiqlə qorxutmaq mümkündürmü? Əlbəttə ki, yox.

Son aylarda Azərbaycana qarşı Rusiya tərəfindən aparılan kütləvi informasiya hücumu nə təsadüfdür, nə də emosional reaksiya. Bu, sistemləşdirilmiş və strateji məqsəd güdən hibrid müharibənin bir parçasıdır. Bu hibrid müharibə üzdə bizə qarşı görünsə də, əslində ümumilikdə Cənubi Qafqaza və regionun müttəfiqlərinə qarşı aparılan siyasətin təzahürüdür.

Baxın, Rusiya nə zaman aktivləşməyə başladı? O zaman ki, ABŞ-ın Cənubi Qafqaz planı ortaya çıxdı. Rusiya təşvişə düşdü ki, birdən Zəngəzur dəhlizi açılar, nəzarət başqasının əlinə keçər, türk dünyası güclənər. Və ya, ay aman, Azərbaycanla Ermənistan arasında sülh bağlanar, məkan Moskva olmaz, mən də istəklərimi masaya qoya bilmərəm. Elə bu günlərdə ölkə başçımızla Ermənistanın baş nazirinin Vaşinqtonda görüşə biləcəyi xəbərinin yayılması da Rusiyanın troll mediasının yenidən aktivləşməsinə səbəb oldu.

Bəs əslində nə baş verir? Kreml niyə bu qədər əsəbidir? Çünki Rusiyanı qəzəbləndirən 3 əsas faktor var:

• Vaşinqton masası – Rusiya vasitəçilikdən kənarlaşdırılır;

• Zəngəzur dəhlizi – Rusiyasız?

• Azərbaycanın Türkiyə və Qərblə strateji yaxınlaşması”.

Jalə Həsənlinin sözlərinə görə, ABŞ-ın təşkil etmək istədiyi Vaşinqton görüşü, Rusiya tərəfindən sülh prosesindən kənarlaşdırılma aktı kimi qəbul olunur:

“Çünki o masada nə Putin, nə Lavrov var. Dolayısı ilə həmin masada nə “Lavrov planı”, nə də “sülhməramlı oyunu” olacaq. Əgər yekun sülh ABŞ vasitəçiliyi ilə imzalansa, bu, keçmiş postsovet məkanında Rusiyanın “vasitəçi” statusunun məhvinə səbəb olacaq. Bu, təkcə Cənubi Qafqaz üçün deyil, həm də Qazaxıstan, Qırğızıstan, Moldova və digər ölkələr üçün “Moskvadan qurtulma presedenti” olacaq.

Həmçinin oxuyun:

Bakıdan rusların erməni mesajına cavab – “Şəhərlərin adı dəyişərsə…”

Moskva üçün bu, kabus ssenarisidir. Kreml elə zənn edir ki, dəhliz açılır, Bakı ilə Ankara birbaşa birləşir, amma Rusiya tranzitdən kənarda qalır. Zəngəzur dəhlizinə həm İranın, həm də Rusiyanın bu cür baxışı səbəbindən dəhlizin açılması bu qədər gecikir. Azərbaycan isə dəfələrlə bəyan edib ki, bu dəhliz heç kimin əleyhinə deyil, əksinə, regiona iqtisadi inkişaf gətirə biləcək perspektivli bir layihədir.

Jalə Həsənli

Qaldı ki, türk dünyasını birləşdirməyə… Əgər türk dünyasına qarşı heç bir kin, küdurət, ədavət yoxdursa, niyə türkün birləşməsi və güclənməsi Rusiya və İranı narahat etməlidir? Əslində hər iki ölkə bu kimi əngəllərlə öz mahiyyətlərini üzə çıxarırlar.

Rusiya bu vəziyyətə cavab olaraq “informasiya artilleriyası”nı işə saldı. RT, “Sputnik”, Solovyov kimi təbliğatçılar Azərbaycana qarşı ard-arda yalan, təxribat və manipulyasiyalar yaymağa başladılar: Azərbaycana qarşı “erməniləri sıxışdırır” ritorikası, “Türkiyənin Qafqazdakı jandarmı” kimi təqdim etmə cəhdləri, İranla qarşıdurma yaratmaq üçün saxta sızmalar və təhlillər. Ən dəhşətlisi isə Rusiyada yaşayan azərbaycanlılara qarşı etnik basqılar oldu”.

Aparıcı qeyd edir ki, Yekaterinburqda baş verən hadisə – azərbaycanlıların yerə yıxılıb döyülməsi – təkcə hüquq-mühafizə orqanlarının zorakılığı deyildi:

“Bu, Moskvanın yuxarıdan verdiyi “ənənəvi siqnal” idi: tabe olmayanı əzirik. Rəsmi Bakı isə adekvat addımlarla sübut etdi ki, heç kim bizimlə ultimatum ritorikası ilə danışa bilməz.
Azərbaycan hələlik təmkinli cavab verir – məsələn, “Sputnik”in fəaliyyətinə qarşı hüquqi addımlar, rəsmi bəyanatlar, media strukturlarında cavab materialları. Amma məsələ burasındadır ki, Rusiya təmkin dilindən başa düşmür. O, yalnız güc dilini anlayır. Bu səbəbdən Azərbaycan informasiya müharibəsində müdafiədən hücuma keçməlidir. Mediada Kremlin yalanlarını ifşa edən, həqiqətləri faktlarla ortaya qoyan materialların sayı artırılmalı, Rusiya daxilindəki soydaşlarımıza qarşı haqsızlıqlar və regionlardakı müqavimətlər işıqlandırılmalı, Türk dünyası ilə informasiya bloku sinxron işləməlidir.

Telegram, X, YouTube, TikTok kimi platformalarda Azərbaycan daha da aktiv olmalıdır. Hədəf yalnız daxili yox, həm də rus və beynəlxalq auditoriya olmalıdır.

Oyunu artıq biz qururuq. Heç kimin də havasına oynamırıq. Moskva dəyişməyəcək. Çünki Kreml nə zaman Cənubi Qafqazda real müstəqillik, balanslı diplomatiya və türk birliyi görürsə, sərhədləri yox, kabuslarını qorumağa başlayır. Ancaq biz artıq qorxudan yox, gücümüzdən danışırıq. Hibrid təzyiqlərlə, etnik şantajla, təbliğatla Azərbaycanı dayandırmaq mümkün deyil.
Çünki biz yolumuza artıq toplarla, tüfənglərlə yox, sarsılmaz dövlət iradəsi, beynəlxalq hüquq və geosiyasi çevikliklə davam edirik. Bu regionda diktə dövrü başa çatıb. Bunu hamı anlamalıdır. İndi kimin nə qədər çox silahı olduğu qədər, kimin nə qədər müttəfiqi olduğu da önəmlidir.

Azərbaycan isə tək deyil və heç vaxt da tək olmayacaq. Yolumuza davam edəcəyik… Qələbə, sülh və ləyaqətlə. Buna dəstək olub yanımızda dayananlara hörmətimiz sonsuzdur, buna əngəl olanlara isə mövqeyimiz qətidir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri