Icma.az
close
up
RU
Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir?

Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir?

Icma.az bildirir, Ayna portalına istinadən.

Deputat: “Delimitasiya və demarkasiya prosesinin üçüncü qüvvənin iştirakı olmadan həyata keçirmək daha yaxşıdır”

Rusiya tərəfindən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə aparılması ilə bağlı Bakı və İrəvana növbəti dəfə vasitəçilik təklifi irəli sürülüb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 17-də keçirdiyi brifinqdə deyib ki, Moskva regionda kommunikasiyaların açılmasında, sərhədlərin delimitasiyası və ölkələr arasında humanitar məsələlərin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

“Üçtərəfli formatda tamhüquqlu qarşılıqlı fəaliyyətin mümkün qədər tez bərpası şübhəsiz ki, Cənubi Qafqazda davamlı sülh və rifahın bərqərar olmasına töhfə verəcək. Eyni zamanda, əlbəttə ki, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas sahələrində kömək etməyə hazırıq”, - Zaxarova qeyd edib.

Rusiyalı diplomat bildirib ki, Moskvanın Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşdırılmış işçi qrupu çərçivəsində regional nəqliyyat kommunikasiyalarının qarşısının alınması üçün bəzi inkişaflar var.

“Biz sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bu sahədəki mütəxəssislərimiz mənə elə gəlir ki, postsovet məkanında ən yaxşı mütəxəssislər kimi tanınırlar. Bizim unikal kartoqrafik materialımız da var. Biz Ermənistan-Azərbaycan münaqişəsində illərində toplanmış humanitar məsələlərin həllinə kömək edə bilərik”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.

Zaxarova həmçinin, Qarabağ məsələsinin nizamlanması üzrə Minsk konfransının bütün strukturlarının ləğv edilməsi zərurətinə toxunub: Çünki Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri ilə rusiyalı həmsədr arasında 2022-ci ilin fevralında baş vermiş ünsiyyətin dayandırılması, eləcə də 2022-ci il oktyabrın 62-də Praqada keçirilən Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitindən sonra Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması ilə, habelə “yerdə” vəziyyətin köklü dəyişməsi, 2023-cü ilin payızında yaşanan hadisələr fonunda ATƏT-in Minsk konfransının Qarabağ nizamlanması üzrə ATƏT tərəfindən təsdiqlənmiş həmsədrlərinin məhz bu mandatı öz aktuallığını itirib. Biz bu mövzuya dəfələrlə toxunmuşuq. Nəticədə Minsk konfransının bütün strukturları: Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in Qarabağ nizamlanması üzrə hazırkı nümayəndəsinin şəxsi nümayəndəsi vəzifəsi – bunların hamısı ləğv edilməlidir. Hesab edirik ki, müvafiq qərarın qəbul olunmasının optimal yolu bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir”.

Rusiyanın vasitəçilik təklifi ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, Zaxarovanın fikirlərində müəyyən həqiqətlər var:

- Doğrudan da sərhədlərin delimitasiya və demarkasiya prosesində Rusiyadan olan mütəxəssislərin kifayət qədər təcrübəsi var. Eyni zamanda, məlumdur ki, tarixi xəritələr də Rusiyadadır. Çar Rusiyası dövründə olan, SSRİ dövründə olan əsas xəritələr Moskvadadır. Mən altı il müddətində Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın üzvü olmuşam, proseslərdə iştirak etmişəm. Bu mənada, bilirəm ki, delimitasiya üzrə rusiyalı mütəxəssislər kifayət qədər peşəkardırlar, həmçinin bütün dövrlərə aid xəritələr mövcuddur.

Hesab edirəm ki, Rusiyanın delimitasiya və demarkasiya ilə bağlı vasitəçilik, kömək təklifində qeyri-adi nəsə yoxdur. Sadəcə siyasi korporativ maraqlar olmamalıdır. Biz zaman-zaman, 30 illik işğal dövründə Rusiyanın bəzi dairələrinin Ermənistana birbaşa dəstəyinin şahidi olmuşuq. Eyni zamanda, Cənubi Qafqazda gərginliyin qalması fonunda Rusiyanın mənfi davranışlarını da görmüşük.

Rusiyada xəritələr olsa da, yaxşı mütəxəssislər olsa da, delimitasiya və demarkasiya prosesinin üçüncü qüvvənin iştirakı olmadan həyata keçirmək daha yaxşıdır. Bunun nümunəsi də var. Qazax rayonu ərazisində Azərbaycanla Ermənistan arasında bu proses vasitəçisiz həyata keçirildi. Yəni iki ölkə öz arasında bu problemləri həll edə bilərlər.

- Yəni Rusiyaya etibar etmək olmaz və buna ehtiyac da yoxdur...

- Rusiya vasitəçilik istəyində səmimidirsə, bu, müsbət qarşılanmalıdır. Amma hesab edirəm ki, sülh prosesi vasitəçisiz daha səmərəli nəticə verər. Azərbaycan bu mövqeyini bir neçə dəfə səsləndirib. Çünki kənar vasitəçilər olanda razılaşmalarda maneələr yaranır. Ona görə ki, hər güc öz maraqlarına uyğun sülh prosesində maraqlı olur. Eyni zamanda, Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan arasında danışıqlar da səmərə verə bilər. Üç Cənubi Qafqaz ölkəsi bölgənin problemlərini daha yaxşı dərk edirlər. Baxın, dünən (17 aprel – A.B) Tiflisdə hər üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirildi və görüş müsbət bəyanatlarla yadda qaldı. Üçtərəfli formatda görüşlər daha yaxşı nəticə verər.

Bilirsiniz, Cənubi Qafqaz ölkələrinin bir-biri ilə münasibətlərinin yaxşı olması ilk növbədə, o dövlətlərin özü üçün yaxşıdır. Gürcüstan maraqlı deyil ki, Azərbaycanla Ermənistan arasında gərginlik olsun. Eyni zamanda, biz maraqlı deyilik ki, qonşu dövlətlərin bir-biri ilə, yaxud bizimlə gərginliyi olsun. “Qafqaz Evi” olaraq biz regionu gərginlikdən çıxarmalıyıq. Bunun üçün də kənar qüvvələrin vasitəçiliyi yox, məhz özümüzün, üç ölkənin əməkdaşlığı vacibdir.

- Sizcə, Rusiya niyə indiki məqamda yenidən vasitəçilik təşəbbüsü ilə çıxış etdi?

- Hesab edirəm ki, bu, daha çox Rusiya-Avropa İttifaqı arasında yaşanan gərginliklə bağlıdır. Avropa İttifaqı çox çalışdı ki, Ermənistan üzərindən regiona daxil olsun. Müəyyən mənada bunu avropalılar bacardılar da. Ermənistan tərəfində Avropa İttifaqının mülki missiya adı altında yerləşdirdiyi Müşahidə Missiyası fəaliyyət göstərir. Bu Missiya təkcə Azərbaycan yox, Rusiya əleyhinə də kəşfiyyat məlumatları toplamaqla məşğul oldular və bu fəaliyyəti indi də davam etdirirlər. Zaxarovanın dediklərində o da həqiqətdir ki, avropalı missionerlər kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar və sülh prosesinə ziyandan başqa nəsə vermirlər. Sərhədlərin delimitasiya və demarkasiyası prosesində Rusiya vasitəçilikdə ona görə maraqlıdır ki, həmin Missiyanın fəaliyyətinə hansısa formada əngəl törədə bilsin. Yenə də deyirəm, Moskva istəyində səmimidirsə, korporativ siyasi maraqları naminə bu təklifi vermirsə, məsələyə baxıla bilər. Amma Rusiyanın marağı olmadan vasitəçilik cəhdi istəyi şübhəlidir.

Ümumiyyətlə, mənə elə gəlir ki, artıq Ermənistan da anlayıb ki, nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Azərbaycanla sülh prosesinə ciddi köməklik göstərmək imkanları yoxdur. Çünki bu güclərin hər birinin öz maraqları var. Ermənistanın nicatı Azərbaycanla sülhdən və Azərbaycanla yanaşı, Türkiyə ilə münasibətlərinin normallaşmasından, əməkdaşlıqdan keçir. Azərbaycan və Türkiyə ilə münasibətlər nizamlanmadan Ermənistanın Avropaya inteqrasiyası mümkünsüzdür. Hesab edirəm ki, Ermənistan hakimiyyəti götür-qoy etməli, Azərbaycanın sülh sazişi ilə bağlı tələblərini yerinə yetirməli və bölgədə sülhün əldə olunmasına töhfəsini verməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri