Trampın bu əraziləri ələ keçirmək istəyində Rusiya amili
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiya, Kanada və Panama kanalının ilhaqı ilə bağlı açıqlamaları Rusiya və Çinə qarşı mübarizə siyasəti ilə bağlı ola bilər.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti respublikaçılara yaxın mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, 2025-ci il yanvarın 20-də andiçmə mərasimi keçiriləcək Trampın bəyanatları Rusiya və Çinə qarşı ümumi missiya ilə əlaqəlidir:
“Bu, sadəcə boş söhbətlər deyil, bütün bunlarda ardıcıl bir əlaqə var. Tramp hansı rıçaqları və hansı müdafiə mexanizmlərinin olduğunu bilir və bu rıçaqlardan istifadə etmək gücünə malikdir”.
Qeyd edək ki, daha öncə Tramp ölkəsinin Qrenlandiya və Panama kanalına nəzarət etməli olduğunu bildirib, Kanadanı isə "51-ci ştat" olmağa "dəvət edib".
Baxış sayı:143
Bu xəbər 29 Dekabr 2024 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















