Icma.az
close
up
RU
Moskva Metropoliteni 90 illiyini qeyd etdi: tarix, texnologiyalar və yeni üfüqlər FOTO

Moskva Metropoliteni 90 illiyini qeyd etdi: tarix, texnologiyalar və yeni üfüqlər FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

15 may 2025-ci il tarixdə Moskva Metropoliteni özünün 90 illiyini qeyd etdi – dünyanın ən iri nəqliyyat sistemlərindən birinin tarixində əlamətdar mərhələ. 1935-ci ildə ilk xəttin istifadəyə verilməsindən bəri Moskva metrosu şəhər sakinlərinin həyatının ayrılmaz hissəsinə və ölkənin texnoloji tərəqqisinin rəmzinə çevrilib. Bu gün Moskva metrosu 550 kilometrdən çox yol, 302 stansiya və iş günlərində 8 milyondan artıq səfər ilə dünyanın ən mürəkkəb nəqliyyat şəbəkələrindən biridir.

"1935-ci ildə metronun açılması paytaxtımız və bütün ölkə üçün tarixi hadisə oldu. Elə o illərdə, onilliklər əvvəl, əməkdaşlar və inşaatçılar sərnişinlərə xidmətin ən yüksək standartını müəyyən etdilər. Moskva meri Sergey Sobyaninin tapşırığına uyğun olaraq bu standartı bu gün də qoruyub saxlayırıq. Hazırda Moskva Metropolitenində 65 mindən çox əməkdaş çalışır. Gündəlik milyonlarla sərnişinə xidmət göstərməklə yanaşı, onlar həm də Moskva metrosuna daha böyük etimad formalaşması üçün çalışırlar ki, hər səfərdən sonra sərnişinlərdə yalnız müsbət təəssüratlar qalsın. Hər birinə vicdanlı əməyinə görə təşəkkür edir, yeni uğurlar arzulayıram. Moskva Metropoliteninin 90 illiyi mübarək!" – deyə, Nəqliyyat və sənaye məsələləri üzrə Moskva merinin müavini Maksim Liksutov bildirdi.

Moskva metrosunun inşası ilk günlərindən etibarən keçmiş SSRİ-nin bütün respublikalarından mütəxəssislərin, o cümlədən Azərbaycan SSR-dən olan mühəndis, memar və inşaatçıların fəal iştirakı ilə həyata keçirilib. Azərbaycanın peşəkarları tunellərin və stansiyaların tikintisinə əhəmiyyətli töhfə verib, layihənin ilkin mərhələlərində mühüm texniki dəstək göstəriblər. Onların iştirakı dünyanın ən qabaqcıl nəqliyyat sistemlərindən birinin təməlini təşkil edən ümumittifaq əmək səylərinin bir hissəsi olub.

Moskva metrosunun ilk xətti "Sokolniki" stansiyasından "Park Kultury"yə qədər, "Smolenskaya"ya qədər olan bir budaqla birlikdə cəmi 11,5 kilometr uzunluğunda olub və 13 stansiyanı əhatə edirdi. Bu gün Moskva metrosu dünyanın ən geniş yeraltı nəqliyyat şəbəkələrindən biridir. Ötən il metroda 2,7 milyard sərnişin daşınıb, yeni qatarların payı isə 77 faizə çatıb – bu, Avropa və Amerikada ən yüksək göstəricilərdən biridir.

90 il ərzində Moskva metrosu nəqliyyat texnologiyaları sahəsində əsl liderə çevrilib. "A" tipli ilk vaqonlardan tutmuş "Moskva-2024" seriyalı müasir qatarlaradək hər inkişaf mərhələsi mühəndis peşəkarlığını və sərnişin rahatlığı ilə təhlükəsizliyini artırmaq səylərini əks etdirir. Yeni qatarlar daha yaxşı ergonomika, birbaşa keçidlər və avtomatik sürət tənzimləmə sistemləri ilə təchiz olunub ki, bu da pik saatlarda cəmi 90 saniyəlik intervalda hərəkəti təmin etməyə imkan verir.

Yubiley münasibətilə Moskvada müxtəlif tədbirlər keçirildi, bu tədbirlər çərçivəsində şəhər sakinləri və qonaqları metronun ilk illərinin atmosferinə qərq ola bildilər. "Sokolniki" stansiyasında metropolitenin ilk iş gününün rekonstruksiyası, "A" tipli tarixi retroqatarın buraxılışı, Halqa xəttində qatarların paradı, retrovaqonlar və xüsusi texnikanın sərgiləri Moskva metrosunun zəngin tarixini bir daha nümayiş etdirdi.

Moskva metrosu yalnız sürət və rahatlıqla deyil, həm də qabaqcıl rəqəmsal texnologiyaları ilə fərqlənir. Rusiya paytaxtının yeraltı nəqliyyatı dünyada ən inkişaf etmiş bilet sistemlərindən birinə malikdir – bu sistemə biometrik ödəniş, "Troyka" kartı və virtual biletlər daxildir. Bu gün metroda səfərlərin təxminən 80 faizi təmassız ödənişlə həyata keçirilir.

Moskva Metropoliteni – şəhər dinamikasının və mühəndis ustalığının simvolu olmaqla yanaşı, həm də əhalinin gündəlik həyatının ayrılmaz hissəsidir. O, daim inkişaf edir, yeni texnologiyalar tətbiq edir və sərnişindaşıma sahəsində yüksək keyfiyyət standartlarını müəyyənləşdirir.

Moskva Metropoliteni: 90 il hərəkətdə, 90 il xidmətinizdə!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri