Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Moskva öz işğalçılıq siyasətini legitimləşdirmək istəyir” Samir Əsədli

“Moskva öz işğalçılıq siyasətini legitimləşdirmək istəyir” Samir Əsədli

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Rusiya prezidentlərinin Alyaskada 3 saat davam edən görüşü başa çatıb. Putin və Tramp irəliləyişlərdən danışsalar da, Ukrayna mətbuatı görüşü nəticəsiz adlandırıb. 

Məsələyə Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli münasibət bildirib və qeyd edib ki, Alyaskada keçirilən Tramp–Putin danışıqları gözlənildiyi kimi nəticəsiz qaldı: “Tərəflər ortaq mövqe formalaşdıra bilmədilər. Trampın mətbuat konfransında üzündəki narazı ifadələr bu uğursuzluğun vizual təsdiqi idi. Putin isə daha rahat, hətta qələbə qazanmış kimi sevincli görünürdü. Dünyanın əsas gözləntisi bu görüşdən Ukraynanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstək verəcək konkret razılaşmalar idi. Lakin əksinə, Lavrovun simvolik məna daşıyan köynəklə Alyaskada görünməsi Kremlin mesajı idi: Moskva öz işğalçılıq siyasətini legitimləşdirmək, Ukraynanın suveren ərazilərini danışıqlar masasında faktiki şəkildə “leqallaşdırmaq” istəyir. ABŞ-nin bu plana qarşı durması Trampın məyusluğunu, Putinin isə sevincini izah edir. Trampın siyasi ambisiyalarının bir hissəsi Nobel sülh mükafatına hesablanmışdı. O, danışıqların sülh gətirən lideri kimi tarixə düşmək istəyirdi, lakin bu dəfə onun planları alt-üst oldu.”

VHP rəsmisi əlavə edib ki, bu kimi görüşlərdən Kremlin məqsədi aydındır: “Vaxt udmaq, sülh görüntüsü yaratmaqla Qərbin yeni sanksiyalarını zəiflətmək və döyüş meydanında əldə etdiklərini möhkəmləndirmək. Belə danışıqlar Moskva üçün hər zaman taktiki vasitə olub. Amma masada Ukraynanın iştirakı olmadan heç bir dayanıqlı və etibarlı razılaşma mümkünsüzdür. Kiyev rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazilərinin güzəştə getməsi yolverilməzdir. NATO rəsmiləri də açıq bildirirlər ki, Rusiya Ukraynanın suverenliyini və öz müqəddəratını təyinetmə hüququnu tanımadan bölgədə sabitlik mümkün deyil”.

Samir Əsədli deyib ki, nəticəsiz qalan Alyaska görüşü bir daha sübut etdi ki, Ukraynanın ərazi bütövlüyü heç vaxt bazarlıq mövzusu ola bilməz: “Bu, yalnız Ukraynanın deyil, bütövlükdə beynəlxalq hüququn qorunması məsələsidir. Rusiyanın imperialist siyasətinə qarşı qlobal məsuliyyət bu prinsipin qorunmasından keçir. Ekspertlərin ortaq mövqeyi də bunu təsdiqləyir: Ukraynanın maraqlarına zidd bir “pis razılaşma”nın olmaması özü bir müsbət hal sayıla bilər, amma eyni zamanda hər hansı real irəliləyişin əldə olunmaması regionda təhlükəli boşluq yaradır. Bu boşluq isə Kremlin yeni avantüralarına meydan verə bilər”.

VHP rəsmisi qeyd edib ki, bu gün üçün çıxış yolu aydındır: “Ukraynanı daha genişmiqyaslı hərbi təchizatla təmin etmək və Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirmək. Başqa alternativ qalmayıb. Yalnız güclənən təzyiq Kremlin məkirli planlarını dayandıra və Avropa təhlükəsizliyini təmin edə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Avqust 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri