Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur

Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqor Romanenko: “İnvestisiya müqaviləsinin ləğvi təkcə Suriyada hakimiyyət dəyişikliyi ilə bağlı deyil”

“Suriyanın keçid hökuməti bu yaxınlarda Rusiya ilə ölkənin Tartusdakı əsas ticarət limanına nəzarətlə bağlı razılaşmanı pozub. Moskva bu investisiya müqaviləsini Dəməşqlə 2019-cu ildə imzalayıb və sənəd 49 il müddətinə qüvvədə olmalı idi. Amma Suriyadakı hazırkı hakimiyyətin mövqeyi ondan ibarətdir ki, ruslar artıq orada xoş qarşılanmır. Lakin bu investisiya müqaviləsinin ləğvi təkcə Suriyada hakimiyyət dəyişikliyi ilə bağlı deyil. Həm də ona görə ki, yeni hakimiyyət Rusiyanın yalan danışdığını görüb”. Bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, istefada olan general İqor Romanenko yazdığı analitik məqaləsində qeyd edib.  

General xatırladıb ki, bu müqavilədə Rusiya Federasiyasının təkcə Tartus limanından istifadə etməsi deyil, həm də onun modernləşdirilməsinə yarım milyard dollar sərmayə qoymağı öhdəsinə götürməsi bildirilirdi: “Bu vəsaitin 2023-cü ilə qədər yatırılacağı planlaşdırılırdı. Bəs vəd edilən modernləşməyə doğru nəsə getdimi? Suriyanın yeni hökumətinin hesabatlarına baxsaq görərik ki, ruslar Tartusda demək olar ki, heç nə etməyiblər. Suriyalılar limanın əməliyyatlarından əldə edilən bütün gəlirin Suriya dövlətinin xeyrinə olacağını açıq şəkildə bəyan ediblər. Həm də infrastrukturun və köhnəlmiş mexanizmlərin təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Axı bunu etməli olan Rusiya şirkəti vədlərə baxmayaraq buna sərmayə qoymayıb. Yəni ruslar Suriya tərəfini aldadıb, eyni zamanda, limandan bacardıqları qədər istifadə ediblər. Buna görə də onların icazəsinin uzadılmaması təəccüblü deyil”.

“Təbii ki, bu, Rusiya üçün bu, ciddi zərbədir. Axı bu hərbi-dəniz bazası Suriyada sovet dövründən mövcud olub və strateji əhəmiyyət kəsb edirdi. Rusiyanın Tartusdakı mövcudluğu ona Aralıq dənizi və Yaxın Şərqdə təsir imkanları yaradırdı. İndi Rusiya oradan bacardığı qədər hər texnikasını çıxarmağa məcburdur. Yaxın Şərqi tamamilə itirməmək üçün bütün bunlar hava yolu ilə Liviyaya daşınır”, - deyə hərbçi vurğulayıb.

General bildirib ki, Rusiya harada olmasından asılı olmayaraq nə qədər zəifləsə, Ukrayna üçün bir o qədər yaxşıdır: “Ukrayna Xarici İşlər Nazirliyi artıq bəyan edib ki, Suriyanın Moskvanın Tartusdakı dəniz limanından istifadəsinə dair Rusiya ilə razılaşmanı ləğv etmək qərarını alqışlayır. Rusiya Federasiyası özünün aqressiv imperiya resursundan dünyada baş verən müxtəlif neqativ hadisələri “söndürmək” üçün istifadə edirsə, bu o deməkdir ki, o, bu resursu Ukraynaya tərəf yönəltmir. Söhbət həm maliyyə, həm də hərbi imkanlardan gedir”.

“Doğrudanmı bu dəyişikliklər Rusiyanın Yaxın Şərqdə təsirinin azaldılmasına təkan verəcək? Bunun üzərində işləmək lazımdır. Burada informasiya komponenti vacibdir ki, bu da Rusiyanın öz müttəfiqləri ilə əslində necə davrandığını, rusların nə dediyini və əslində nə etdiyini və bunun onunla dost olmağa üstünlük verən ölkələrə necə təsir etdiyini nümayiş etdirməyə imkan verir. Bundan əlavə, hər yerdə ruslara qarşı çıxan milli hərəkatlara imkan daxilində kömək etmək lazımdır. Ukraynanın təkbaşına çoxlu imkanları yoxdur, amma tərəfdaşlarımızla birlikdə bunu etmək olar və etmək lazımdır”, - deyə Romanenko fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri