Icma.az
close
up
RU
Moskva və Bakı fərqli mövqedədirlər ŞƏRH

Moskva və Bakı fərqli mövqedədirlər ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan üçün Paşinyanın hakimiyyətdə qalması məqbul, Rusiya üçün isə manevr imkanı deməkdir


Aqşin Kərimov: “Lavrovun İrəvan proqramı Ermənistan üçün ultimatumların yenilənmiş elanıdır”


Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir. Lavrov Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşüb. Ermənistan XİN qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilib, Rusiya əleyhinə plakatlar qaldırılıb. Məlumata görə, etirazlar keçmiş deputat Armen Babacanyanın təşəbbüsü ilə baş verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı ilə geniş tərkibdə görüşündə deyib ki, Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır. O qeyd edib ki, Rusiya tərəfi Ermənistanla müttəfiqlik münasibətlərini və iki xalq arasında dərin əlaqələri yüksək qiymətləndirir: "Artıq dövlətlər arasında münasibətlərin bütün sahələrində çoxlu zəmin yaradılıb ki, bundan maksimum və ağıllı şəkildə istifadə etmək lazımdır. Biz əvvəlki kimi təhlükəsizlik sahəsini müttəfiqliyimizin ən mühüm ölçülərindən biri hesab edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq". 

Lavrov qeyd edib ki, bu il Rusiya bazasının yerləşdirilməsinə dair sazişin imzalanmasının 30 illiyi, eləcə də Rusiya-Ermənistan Humanitar Mərkəzinin açılmasının 10 ili tamam olur. O, həmçinin əlavə edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində erməni həmkarları ilə birgə xidmətini davam etdirirlər. Onun sözlərinə görə, Rusiya Ermənistanın enerji və ərzaq təhlükəsizliyinin etibarlı təminatçısıdır və bu sazişlər tam şəkildə qorunur. O, həmçinin əlavə edib ki, hökumətlərarası komissiyanın ritmik işi iki ölkənin hökumət strukturları və biznesi üçün istiqamət müəyyən edir". Lavrov əlavə edib ki, regionda yaranan məsələləri burada yerləşən ölkələr və yaxın qonşular həll etməlidir. Onun sözlərinə görə, Rusiya qeyri-regional ölkələrin Cənubi Qafqaz ölkələri ilə münasibətləri inkişaf etdirməyinin əleyhinə deyil: "Bizim qeyri-regional ölkələrin, dünya praktikasında nəzərdə tutulduğu kimi, münasibətlərini bu cür qarşılıqlı fəaliyyətin gərginlik yaratmaq, geosiyasi oyunlar naminə burada yerləşən ölkələrin maraqlarına məhəl qoymamaq məqsədi daşımayacağı anlayışı ilə inkişaf etdirməsinə qarşı deyil". Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bildirib ki, Ermənistan bütün istiqamətlərdə Rusiya ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa köklənib. Mirzoyan nazirlər arasında görüşün səmərəli olduğunu vurğulayıb: "Komandalar artıq iki ölkənin Xarici işlər nazirlikləri arasında yeni iki illik siyasi məsləhətləşmə proqramının hazırlanmasını başa çatdırıblar və ümid edirəm ki, biz onu bu gün imzalayacağıq". Mirzoyan qeyd edib ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərinin formatına yenidən baxmaq niyyətində deyil: "Tərəflərin hüquq və öhdəlikləri açıq şəkildə kağız üzərində yazılıb, imzalanıb və ratifikasiya edilib. Heç kim bu hüquq və öhdəlikləri denonsasiya etməyib". XİN başçısı vurğulayıb ki, Ermənistanın nəzərdə tutulan mexanizmlərin tam işləməməsindən narahatlığı məlumdur. 

Məlumat üçün bildirək ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərindən saatlar öncə Ermənistan və Fransa XİN rəhbərləri arasında telefon danışığı baş tutub. Telefon danışığının birbaşa Lavrovun səfəri ilə əlaqəli olduğunu qətiyyətlə demək mümkün deyil, lakin şübhəsiz ki, Ararat Mirzoyan və Fransanın xarici işlər naziri Stefan Sejurne bu söhbət zamanı Lavrovla müzakirə ediləcək və ümumilikdə İrəvanda planlaşdırılan görüşlərdə toxunulacaq mövzulara dair məsələlərə toxunublar. 


Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri ərəfəsində Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Rusiya, İran və Türkiyə ilə əlaqələri inkişaf etdirmək xətlərini önə çəkiblər. Ekspert vurğulayıb ki, bu, Lavrovun mayın 21-də İrəvanda verdiyi bəyanatlarla oxşardır: 

"Lavrovun "Cənubi Qafqazda problemləri region ölkələri və yaxın qonşular həll etməlidir" deməsi Koçaryanın müsahibə üçün səsləndirdiyi tezisin Kreml tərəfindən hazırlandığını göstərir. Lavrov, əslində, Baş nazir Nikol Paşinyan administrasiyasına onu çatdırır ki, Ermənistanın mövqeyi Azərbaycan, Rusiya və Türkiyə ilə əməkdaşlıq perspektivinə əsaslanmalıdır. Lavrovun İrəvana səfərinə Rusiya ilə Azərbaycan arasındakı Ermənistanla əlaqədar mövzularda yaranmış fikir ayrılıqları pəncərəsindən baxmaq olar. Ehtimal ki, Bakı ilə Moskva Nikol Paşinyanın əvəzlənməsi prosesində fərqli mövqedədirlər. Azərbaycan üçün Paşinyanın hakimiyyətdə qalması məqbul, Rusiya üçün isə sadəcə olaraq müəyyən manevr imkanı deməkdir. Bu baxımdan Azərbaycan Nikol Paşinyan hakimiyyətinə öz məqsədlərinin və strategiyasının reallaşması perspektivindən yanaşaraq uzunmüddətli yanaşma ortaya qoyur. Rusiyanın mövqeyi isə Paşinyan fiqurunun Moskva ilə Qərb arasındakı geosiyasi rəqabəti dərinləşdirən faktor olması yanaşmasına istinad edə bilər. Azərbaycanla Rusiya Ermənistandakı siyasi hərarətləri nəzərə alaraq “Paşinyan mərkəzli problemin” aradan qaldırılması üçün müzakirələr aparıb ortaq məxrəcə gəlməyə çalışa bilərlər. Bu istiqamətdə Rusiya Azərbaycanın maraqlarını nəzərə alan trayektoriya ilə gedə bilər. Həm də ona görə ki, Ermənistanda Rusiya yönümlü siyasi qüvvələrin Paşinyana qarşı müqavimət gücü zəifdir. Hərçənd, yenidən təşkilatlanma Moskvanın nəzərindən qaçmır". 


Analitik hesab edir ki, S.Lavrovun səfəri erməni mediasında “Azərbaycan sülh üçün Rusiya bazasının mövcudluğunu aradan qaldırmağı tələb edir” iddiası fonunda şərh edilsə, başqa məqamlar ortaya çıxır: 

"Yəni Azərbaycan Ermənistanın hərbisizləşdirilməsini, o cümlədən xarici hərbi bazaların ölkədəki təmsilçiliklərinin ləğvini şərt kimi irəli sürür. Bu informasiyalar, Azərbaycanın Ermənistanın təhlükəsizliyi üçün zəmanətverici qüvvə kimi mövqeyinin güclənməsini təsdiq edəcək proseslərə baxışdır və ya regional reaksiyanı ölçmək üçün sınaqdır. Ermənistan üzərindən İran, Qərb və Rusiya arasındakı geosiyasi rəqabətin yönünü dəyişdirmək üçün Azərbaycanın strategiyasını dərinləşdirməsi qeyd oluna bilər. Lavrov isə Ermənistanda Rusiyanın hərbi bazasının qalıcılığını təmin etməyə hesablanmış xəbərdarlıqlarını İrəvana çatdırır". 


A.Kərimov əlavə edib ki, Rusiya 102-ci bazasının statusunun gələcəyi Bakı ilə Kreml arasında da danışıqlar predmetinə gətiriləcəyini ehtimal edir:

"Rusiya Ermənistanla bağlı deyil, İrəvan Kremlin strategiyası ilə əlaqədar öz siyasətini dəyişir. Bu mənada Lavrovun İrəvan proqramı daha çox Ermənistan üçün ultimatumların yenilənmiş elanıdır. Buna görə də, İrəvan Ermənistanın ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə Ağ Evin dəstəyindən məhrum ola biləcəyi risklərinə Rusiyaya doğru əyilən mövqe ilə reaksiya verir. Bu, ABŞ ilə Rusiya arasında postsovet məkanı üzərində cızılan nüfuz dairəsində Ermənistanın təhlükəli güzəşt predmeti olması qorxusuna əsaslanır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri