Icma.az
close
up
RU
Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Mövsüm dəyişdikcə xəngələ, düşbərəyə və digər xəmir yeməklərə tələbat duyulur. Burada təbii ki, havaların soyuması ilə orqanizmin bu enerji ehtiyacını ödəməsi məsələsi var".

Bu fikirləri Redaktor.az-a qida eksperti İlkin Şirinov havaların soyuması ilə xəngəl, düşbərə və s. xəmir yeməklərə üstünlük verilməsinin yarada biləcəyi mənfi təsirlərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, xəmir yeməkləri sanki insanın bədənini isidir:

"Hardasa bu insanların psixologiyasında belədir. Amma burada nəzərə almaq lazımdır ki, xəngəl, düşbərə və bu kimi xəmir yeməkləri dadlı, enerji baxımından zəngindir. Amma tez-tez yeyildikdə bədənə müəyyən ziyanları ola bilər. Artıq çəki, piylənmə yarana bilər. Bu yeməklər çoxlu unla və yağla hazırlanır, enerji dəyəri yüksəkdir, hərəkətsiz həyat tərzi ilə birlikdə artıq çəkiyə səbəb ola bilir. Xəmirin əsas tərkibi ağ undur. Ağ un da tez həzm olunur və qanda şəkərin səviyyəsini sürətlə qaldırır. Bu da insulin dirənci, diabet riskini artıra bilir".

Ekspert qeyd etdi ki, xəmir xörəkləri ürək-damar riski olanlarda qanda pis xolesterolun səviyyəsini qaldırmağa, artırmağa gətirib çıxara bilir.

"Xəngəl, düşbərə bəzən çox yağlı ətlə və kərə yağı ilə hazırlanır. Bu da bədəndə, təbii ki, pis xolesterolu artırır və bu baxımdan müəyyən mənada təhlükəli sayıla bilir.

Bu yeməklərin ev və restoran şəraitində hazırlanması da əsas məsələlərdəndir. Burada xəngəlin hansı ətdən hazırlanması, mənşəyinin məlum olub-olmaması məsələsi var. Bunlar hansı ətlərdən hazırlanır? Hazırlanma qaydası necədir? Onun tərkibinə vurulan ədviyyatlar hansı səviyyədədir? Təbii ki, bunlar sual yaradır.

Bəzən müxtəlif sosial şəbəkələrdə bu cür yeməkləri reklam edirlər. Təbii, bu da çox geniş yayılmış bir marketinq üsuludur. Soyuq havalarda insanların isti, doyurucu, ətirli yeməklər görəndə iştahının açılması məsələsi var. Ona görə də müxtəlif sosial şəbəkələrdə, müxtəlif sosial platformalarda bu cür yeməkləri reklam formasına salmaqla sanki insanları ora cəlb etməyə çalışırlar. Bu reklamlar da dad-görüntü üzərində qurulur. Lakin sağlamlıq tərəfi demək olar ki, nəzərə alınmır. Yəni sosial şəbəkələrdə paylaşılan o videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır", - deyə İlkin Şirinov vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri