Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR
Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AHİK‑in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla birbaşa dialoq və əməkdaşlığı genişləndirmək məqsədilə növbəti regional görüşünü Mərkəzi Aran bölgəsində təşkil edib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərləri, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən 520 ilk həmkarlar ittifaqı təşkilatının sədri iştirak edib.
Adalet.az xəbər verir ki, tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və komitənin digər məsul əməkdaşları qatılıblar. Araz Paşayev çıxışında AHİK‑in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu diqqətə çatdırıb və üzv təşkilatlar arasında həmrəylik prinsipinin Komitənin fəaliyyətində əsas xətt olduğunu vurğulayıb. O, birbaşa ünsiyyəti genişləndirməyin və ilk təşkilatlara sistemli dəstək göstərməyin prioritet olduğunu qeyd edib.
Tədbir çərçivəsində sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən layihələr barədə təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə sual-cavab formatında müzakirələr aparılıb və səslənən təkliflər qeydiyyata alınıb. ETİHİ rəhbərliyi bu formatda regional görüşlərin ölkənin digər bölgələrində də davam etdiriləcəyini və üzv təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əsas məqsəd olduğunu bildirib.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkə üzrə 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı birləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:248
Bu xəbər 19 Noyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















