Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Moskva və Tehranın İrəvana təhdid səfəri: Bakı və Ankaranın istəyi gecikməməlidir

Moskva və Tehranın İrəvana təhdid səfəri: Bakı və Ankaranın istəyi gecikməməlidir

Icma.az, Olke.az saytına istinadən bildirir.

Moskva ilə Tehranın Qərbin, İsrailin və Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməməsində maraqları üst-üstə düşsə də, öz maraqlarının təmin olunmasında isə mövqeləri toqquşmaqdadır. Mayın 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovla paralel olaraq İranın müdafiə naziri Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti də İrəvana səfər etdi.

Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla görüşdü.

İranın müdafiə naziri Nəsirzadə isə erməni həmkarı Suren Papikyan, Təhlükəsizlik katibi Armen Qriqoryan və baş nazir Nikol Paşinyanla görüşdü. Hər iki nümayəndə heyətinin gündəliyində ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq aləmdəki gündəlik olsa da, yanaşmalar fərqli idi. Bu özünü verilən mesajıarda və bəyanatlarda büruzə verdi. 

Hər iki tərəf İrəvanda verdiyi mesaj və bəyanatlarda “kökə və qamçı” prinsipinə əsaslanan diplomatiyadan istifadə edirdi.

Lavrovun İrəvan səfəri sübut etdi ki, artıq Moskvanın səbri tükənməkdədir.

Moskva İrəvanı yenidən öz orbitinə qaytarmaq və bölgədə maraqlarını təmin etmək üçün Bakı və Ankaranın da rolundan faydalanmağa çalışır. Moskva “3+3” formatında əməkdaşlıq, İrəvanın “Sülh kəsişməsi” regional nəqliyyat layihəsinin reallaşması ilə bağlı verdiyi açıqlamalar bunun sübutudur.  Lavrov bildirib ki, Ermənistan “Sülh kəsişməsi” layihəsini reallaşdırmaq istəyirsə, o zaman Azərbaycanla sülh sazişi imzalamalı, Ankara ilə münasibətlərini normallaşdırmalıdır. Bu isə o deməkdir ki, İrəvan Bakının Zəngəzur dəhlizi ilə bağlı təklifini qəbul etməlidir. Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək şərti ilə açılmasında maraqlıdır və bu məsələ 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli birgə bəyanatın 9-cu bəndində əksini tapıb. Həmin bəyanatın 9-cu bəndinə əsasən Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizi açılır və dəhlizə nəzarəti rus sərhədçiləri edir. Moskva Ermənistanda siyasi, iqtisadi maraqları ilə yanaşı, hərbi iştirakını təmin etməyə çalışır. Lavrov bu mənada İrəvana şirnikləndirici mesajlar da verməkdən çəkinmədi. Lavrovun Azərbaycanın 7 rayonun rus silahları ilə işğalı bəyanatını bunun gösəticisi hesab etmək olar. Bunu həm də Lavrovun Bakıya təzyiq mesajı kimi dəyərləndirmək lazımdır. Bu o demək idi ki, İrəvan Moskvanın çətiri altına keçərsə, o zaman Moskvaya arxalanaraq öz revanşist planlarını reallaşdıra bilər. Lavrovun bu mesajını həm də Ermənistandakı hərbi qüvvələrin lazım gələrsə, zamanında Xankəndidəki 366-cı alayın rolunu oynaya bilər kimi də oxumaq olar. Bu və digər diplomatik jestlərdən istifadə edən Lavrov həm İrəvana, həm də Bakıya mesaj verdi ki, iki ölkə arasındakı sülh danışıqları yenidən onların patronajlığı ilə davam etdirilsin.

Moskvanın hədəfi Cənubi Qafqazda yenidən öz təsir imkanlarını bərpa etmək, həm Rusiyadan yan keçən Qərblə Şərqi birləşdirən Orta Dəhlizə nəzarəti təmin etmək, həm də Yaxın Şərq və Körfəzə nəqliyyat çıxışları əldə etməkdir.

Tehranın isə bölgədəki proseslərə yanaşması Moskvadan ciddi şəkildə fərqləndiyindən maraqları toqquşur. 

Tehran da “3+3” formatında və yaxud digər məsələlərdə Moskva ilə eyni bəyanatı bölüşsə də, məsələnin detallarına münasibəti fərqlidir. 

Dəhlizlər, xüsusən də Zəngəzur dəhlizi məsələsində Tehranla Moskvanın marağı toqquşur. Tehran hesab edir ki, Zəngəzur dəhlizi onun milli maraqlarına zərbə vurmaqla yanaşı, nəinki Cənubi Qafqazda, daha geniş coğrafiyada geosiyasi mövqelərinin məhdudlaşması ilə nəticələnəcək. 

Tehran fərqli yanaşmasına gəldikdə bunlar aşağıdakılardır:

- Orta Dəhlizin İran ərazisindən keçməsinə nail olmaqla ilk növbədə iqtisadi cəhətdən yararlanmağa çalışır.
- “Bir yol, bir kəmər” layihəsindən kənarda qalmamaqla strateji əhəmyyətini itirmək istəmir;
- Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etməyə;
- Mərkəzi Asiya, Yaxın Şərq və ən azından Şərqi Avropada maraqlarını təmin etməyə;
- Bölgədən kənar gücləri, xüsusən də Qərbin, NATO-nun və İsrailin regionda mövqelərinin möhkəmlənməsinin qarşısını almağa;
- Ermənistanla quru sərhədini qoruyub saxlamaqla Qara dənizə çıxışını təmin etməyə çalışır.
- Rentabelli olmasa da, Cənub-Şimal Dəhlizi adı altında bufer yaratmaqla Qərblə bazarlığa gedib  Brüsseldən öz xarici siyasətində dəstək almağ; düşünür.

İran müdafiə naziri Nəsirzadənin vasitəsilə Tehranın bu mesajlarını İrəvana çatdırılıb.  

Burada bir məqama da diqqət yetirmək lazımdır. İran müdafiə naziri Nəsirzadə də İrəvana səfərində “kökə və qamçı” diplomatiyasından istifadə edib. İranlı nazirin səfəri zamanı İran Azərbaycanla Qarabağda birgə hərbi təlimlər keçirirdi. Bu hərbi təlimlər fonunda İrəvana səfər Tehranın “kökə və qamçı” diplomatiyası idi. Bu o demək idi ki, seçim sənindir. Şərtlər qəbul edilməzsə, alternativlər mövcuddur. Azərbaycanla anlaşa bilərik və Ermənistanın təcridi sonsuzadək davam edər. 

Bütün bunlar isə iki tərəfin İrəvan səfərində maraqların toqquşmasının bariz göstəricisidir. Moskva və Tehran müttəfiq olduqlarını bəyan etmələrinə baxmayaraq Cənubi Qafqazda maraqlarının toqquşması heç də belə olmadığını göstərir. Tərəflər maraqları uğrunda ciddi toqquşmaya da gedir. Bu isə nəticə etibarilə Ermənistanı daha da çıxılmaz vəziyyətə salır. 

Müstəqilliyinin ilk günlərindən yürüdülən yanlış siyasət Ermənistanı məhvə sürükləməkdədir. Qeyri-müəyyən, aydın olmayan ikibaşlı oyunlarını davam etdirməklə Ermənistan üzləşdiyi vəziyyətdən çıxmaq əvəzinə daha da çıxılmaz dalana yuvarlanır. Bu isə Ermənistan dövlətçiyini məhvə aparmaqla yanaşı, bölgədə də dayanılıq sülhə və təhlükəsizliyə təhdid yaradır. 

Üzləşdiyi vəziyyətdə Ermənistanın yeganə xilas yolu İrəvanın siyasi iradə nümayiş etdirib Bakı və Ankaranın şərtlərini qəbul etməklə anlaşmaya getməkdir. Bu yolla Ermənistan dövlətçiliyi məhv olmaqdan xilas edib müstəqil dövlət kimi inkişaf yoluna qədəm qoya bilər. Əks təqdirdə Ermənistan müxtəlif maraqlı güclərin basqıları altında daha da zəifləyərək müəyyən müddətdən sonra tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşər.

Mürtəza
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 May 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri