Icma.az
close
up
RU
“Moskva yaxşı anlayır ki…”

“Moskva yaxşı anlayır ki…”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Avropa İttifaqının Rusiya ilə mümkün birbaşa toqquşmaya hazırlaşması ilə bağlı səslənən fikirlər Kremlin son aylarda artan gərginliyinin göstəricisidir. Moskva yaxşı anlayır ki, Ukrayna müharibəsi Avropanın təhlükəsizlik strategiyasını tam dəyişib və qitə dövlətləri uzun illərdən sonra öz ordularını ciddi şəkildə yenidən qurmağa başlayıb. Bu proses Rusiyanın hərbi üstünlüyünə əsaslanan regional təsir modelini zəiflədir və Kreml bunu strateji təhlükə kimi görür”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, digər tərəfdən, Avropanın infrastruktur və logistika şəbəkəsinin hərbi məqsədlər üçün modernləşdirilməsi Rusiya üçün “öncədən hazırlıq siqnalı” kimi qəbul edilir: “Xüsusilə Polşa və Baltikyanı ölkələrdə aparılan genişləndirmə işləri, NATO-nun Şərq cinahının möhkəmləndirilməsi Moskvanın sərhədləri yaxınlığında yeni güc mərkəzlərinin formalaşmasına gətirib çıxarır. Kremlin narahatlığı da elə bundan qaynaqlanır: Qərb təkcə Ukraynanı silahlandırmır, həm də özünü mümkün növbəti böhrana uyğunlaşdırır”.

Z.Qarayeva qeyd edib ki, bu vəziyyət Rusiyanın daxili ritorikasına da təsir edir: “Moskva hazırda müharibəni “uzaq perspektivli qələbə yolunda davam edən proses” kimi təqdim etməyə çalışır, lakin Qərbin artan hazırlığı bu iddianın reallıqdan uzaq olduğunu göstərir. Rusiya çox yaxşı bilir ki, Qərbin hərbi potensialı sistemli şəkildə gücləndikcə, özünün strateji manevr imkanları daralacaq və mövcud müharibədə üstünlük əldə etmək daha da çətinləşəcək”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Noyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri