Moskva Zelenskinin təhdidlərinə cavab hazırlayır
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Moskva və Minsk Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarus Prezidenti Aleksandr Lukaşenkoya ünvanladığı ultimatum və Kiyevin Minskə qarşı əlavə təhdidlərinə cavab verməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin dosenti Artyom Barinkin bildirib.
Politoloqun sözlərinə görə, Kiyevin addımları Belarus daxilində vəziyyəti qeyri-sabitləşdirməyə və ölkənin inkişafına mane olmağa yönəlib. O hesab edir ki, Minsk və Moskva qarşılıqlı təhlükəsizlik öhdəliklərinə uyğun olaraq cavab tədbirlərinin sərhədlərini müəyyənləşdirəcək.
Barinkin vurğulayıb ki, Belarus və Rusiyanın İttifaq Dövləti postsovet məkanında ən uğurlu inteqrasiya layihələrindən biridir. Onun fikrincə, Kiyev Qərbin dəstəyi ilə 2020-ci ildə Belarusda prezident seçkilərindən sonra baş vermiş etirazlara bənzər prosesləri yenidən başlatmağa cəhd göstərə bilər. /globalinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:254
Bu xəbər 23 İyun 2026 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















