Moskvada dayanacaqda təlim qumbarası tapılıb Ərazi mühasirəyə alındı
Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yaşayış binasının yanındakı dayanacaqda tapılan təlim qumbarası ərazinin mühasirəyə alınmasına səbəb olub.
Manset.az xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib.
Məlumata görə, dayanacaqda qumbaraya bənzər əşya tapılıb. Ərazi mühasirəyə alınıb, hadisə yerinə gələn istehkamçılar müəyyən ediblər ki, qumbara təlim xarakterlidir və təhlükə yaratmır.
Bildirilib ki, əşya tədqiqata göndəriləcək. Onun kimə məxsus ola biləcəyi və dayanacağa necə düşdüyü araşdırılır.

Moskvada dayanacaqda iki avtomobil yanıb...
20 Avqust 2025 19:06
Moskvada yeraltı dayanacaqda avtomobil partlayıb VİDEO
23 Aprel 2025 18:06
Moskvada terrorun qarşısı alındı
12 Avqust 2025 15:05
Fransada restoranda insanları girov götürdülər: ərazi mühasirəyə alındı
16 Noyabr 2024 18:16
Moskvada temperatur rekordu qeydə alındı
08 Mart 2025 20:13

