Icma.az
close
up
RU
Moskvada “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının təqdimatı olub FOTO

Moskvada “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının təqdimatı olub FOTO

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, kitab Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə həyata keçirilən Rusiya Pediatrlar İttifaqı və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə layihəsidir.

Təqdimat mərasimində Rusiyanın tanınmış elm və tibb xadimləri, Azərbaycan və Rusiya KİV-lərinin, eləcə də Moskvanın azərbaycanlı icmasının nümayəndələri, Moskva ali məktəblərinin azərbaycanlı əsilli müəllim və tələbələri iştirak ediblər.

Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzinin rəhbəri Marina Melanina qonaqları salamlayaraq, Şərq Ədəbiyyatı Mərkəzinin Azərbaycanla çoxillik dostluq və yaradıcılıq əlaqələrinin olduğunu, mərkəzdə əvvəllər də Azərbaycan kitablarının təqdimatlarının və müxtəlif sərgilərin keçirildiyini qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev çıxışında bu layihənin mühüm təhsil və maarifləndirici əhəmiyyətinə, layihə çərçivəsində cəmiyyətin uşaq hüquqları ilə bağlı əlçatan və rahat formada məlumatlandırılmasına diqqət çəkib.

Kitabın həmmüəlliflərindən biri, Avropa Pediatriya Assosiasiyasının prezidenti, Rusiya Pediatrlar İttifaqının İcraiyyə Komitəsinin sədri, Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki Leyla Namazova-Baranova “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının Azərbaycan və Rusiya pediatrlarının birgə işinin nəticəsi olduğunu söyləyib.

O, kitabın təqdimatının təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.

Leyla Namazova-Baranova nəşrin məzmunundan danışaraq vurğulayıb ki, “BMT-nin Uşaq Hüquqları Konvensiyasından” (1990-cı il) çıxarışlar sənədin hər bir maddəsini təsvir edən şəkillərlə xüsusi seçilmiş nağıllarla dəstəklənir. Bildirib ki, bu kitabın mütaliəsi uşaqlara və onların valideynlərinə uşaq hüquqları haqqında daha çox məlumat əldə etmək, dil bacarıqlarını inkişaf etdirmək və dost xalqın mədəniyyətini dərindən öyrənmək imkanı verəcək.

Tədbir Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) Yaxın və Orta Şərq ölkələrinin dilləri kafedrasının professoru, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin sədri Abuzər Bağırovun, K. Kərimov adına məktəbin direktorunun müşaviri Ramidə Qasımova və rusiyalı rejissor, prodüser və ssenarist Yelena Tverdoxlebib çıxışları ilə davam edib. Onlar kitabla bağlı təəssüratlarını bölüşüblər və əlavə ediblər ki, kitabın xüsusi üstünlüyü həm də ikidilli, yəni eyni zamanda rus və Azərbaycan dillərində yazılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri