Icma.az
close
up
RU
Moskvada Azərbaycanın İkinci Dünya müharibəsində verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Moskvada Azərbaycanın İkinci Dünya müharibəsində verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Moskva, 24 may, AZƏRTAC

Moskva Dövlət Müdafiə Muzeyində “Böyük Qələbənin varisləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın müəllifi “Diaspora fəaliyyətinə dəstək olan jurnalistlər” İctimai Birliyinin sədri, azərbaycanlı publisist və tədqiqatçı Fuad Hüseynzadədir.

AZƏRTAC xəbər verir ki, nəşr İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunub və keçmiş Sovet İttifaqı xalqlarının, xüsusilə Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni işıqlandırır.

Təqdimat zamanı çıxış edən müəllif qeyd edib ki, kitab ilk növbədə beynəlxalq auditoriyaya ünvanlanıb. Kitabda Azərbaycanın Qələbəyə verdiyi töhfə, xalqın ictimai-siyasi, iqtisadi və hərbi sahələrdə iştirakı, eləcə də ata və babaları da İkinci Dünya müharibəsində döyüşmüş xaricdə yaşayan azərbaycanlıların qəhrəmanlıqları təfərrüatlı şəkildə təhlil olunub. 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasında iştirak etmiş yeni nəslin nümayəndələrinə da xüsusi yer ayrılıb.

“Biz beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirik ki, qəhrəmanlıq Azərbaycan xalqının milli kodunun bir hissəsidir, Azərbaycanın əsl brendi isə onun insan kapitalı və qəhrəmanlarıdır”, – deyə Fuad Hüseynzadə vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov müəllifi kitabın işıq üzü görməsi münasibətilə təbrik edib və bu cür əsərlərin tarixi yaddaşın qorunması və Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Tədbirdə “Xəzər Biznes Təşəbbüsü” təşkilatının prezidenti Gülnarə Rəhimova-Dəniz bildirib ki, babası müharibə veteranı, nənəsi isə Leninqrad mühasirəsinin şahidi olub. Onun sözlərinə görə, bu kitab qəhrəmanlıq keçmişinin yaddaşda saxlanması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi işinə mühüm töhfədir.

Tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunlarının qvardiya generalı Həzi Aslanovun adını daşıyan Regional Veteranlar Cəmiyyətinin sədri Əli Kazımov və sədr müavini İrina Silina çıxış edib.

Tədbirdə çıxış edənlər arasında Rusiyanın Əməkdar müəllimi Qennadi Xobotov, diaspor fəalları Məhəmməd Rəfiyev, Dilavər Nuriyeva, Moskva vilayəti azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov, Moskvadakı “Azərbaycan” cəmiyyətinin sədri Oktay Hüseynov da olub.

Təqdimat çərçivəsində şairə Afaq Şıxlı tərəfindən Birinci Dünya müharibəsi veteranlarına həsr olunmuş şeir də səsləndirilib.

Qeyd edək ki, kitabın təqdimatı daha əvvəl Bakıda və Moskva Müharibə Veteranları Komitəsində keçirilib, yaxın günlərdə isə təqdimatlar Maqadanda və Krasnoyarskda da təşkil olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 03:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri