Icma.az
close
up
RU
Moskvada Azərbaycanın İkinci Dünya müharibəsinə verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Moskvada Azərbaycanın İkinci Dünya müharibəsinə verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Moskva, 24 may, AZƏRTAC

Moskva Dövlət Müdafiə Muzeyində “Böyük Qələbənin varisləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın müəllifi

“Diaspor fəaliyyətinə jurnalistlərin dəstəyi” İctimai Birliyinin sədri, azərbaycanlı publisist və tədqiqatçı Fuad Hüseynzadədir.

AZƏRTAC xəbər verir ki, nəşr İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunub və keçmiş Sovet İttifaqı xalqlarının, xüsusilə Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni işıqlandırır.

Təqdimat zamanı çıxış edən müəllif qeyd edib ki, kitab ilk növbədə beynəlxalq auditoriyaya ünvanlanıb. Kitabda Azərbaycanın Qələbəyə verdiyi töhfə, xalqın ictimai-siyasi, iqtisadi və hərbi sahələrdə iştirakı, eləcə də ata və babaları da İkinci Dünya müharibəsində döyüşmüş xaricdə yaşayan azərbaycanlıların qəhrəmanlıqları təfərrüatlı şəkildə təhlil olunub. 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasında iştirak etmiş yeni nəslin nümayəndələrinə də xüsusi yer ayrılıb.

“Biz beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirik ki, qəhrəmanlıq Azərbaycan xalqının milli kodunun bir hissəsidir, Azərbaycanın əsl brendi isə onun insan kapitalı və qəhrəmanlarıdır”, – deyə Fuad Hüseynzadə vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov müəllifi kitabın işıq üzü görməsi münasibətilə təbrik edib və bu cür əsərlərin tarixi yaddaşın qorunması və Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Tədbirdə “Xəzər Biznes Təşəbbüsü” təşkilatının prezidenti Gülnarə Rəhimova-Dəniz bildirib ki, babası müharibə veteranı, nənəsi isə Leninqrad mühasirəsinin şahidi olub. Onun sözlərinə görə, bu kitab qəhrəmanlıq keçmişinin yaddaşda saxlanması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi işinə mühüm töhfədir.

Tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunlarının qvardiya generalı Həzi Aslanovun adını daşıyan Regional Veteranlar Cəmiyyətinin sədri Əli Kazımov və sədr müavini İrina Silina çıxış edib.

Tədbirdə çıxış edənlər arasında Rusiyanın Əməkdar müəllimi Qennadi Xobotov, diaspor fəalları Məhəmməd Rəfiyev, Dilavər Nuriyeva, Moskva vilayəti azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov, Moskvadakı “Azərbaycan” cəmiyyətinin sədri Oktay Hüseynov da olub.

Təqdimat çərçivəsində şairə Afaq Şıxlı tərəfindən müharibə veteranlarına həsr olunmuş şeir də səsləndirilib.

Qeyd edək ki, kitabın təqdimatı daha əvvəl Bakıda və Moskva Müharibə Veteranları Komitəsində keçirilib, yaxın günlərdə isə təqdimatlar Maqadanda və Krasnoyarskda da təşkil olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri