Icma.az
close
up
RU
Moskvada həbs edilən azərbaycanlı Məmmədəli Ağayev KİMDİR? DOSYE

Moskvada həbs edilən azərbaycanlı Məmmədəli Ağayev KİMDİR? DOSYE

Icma.az, Olke.az saytına istinadən bildirir.

Rusiyada hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Hüseyn oğlu Ağayev 3 sentyabr 1952-ci ildə Naxçıvan MR Babək rayonu Qaraxanbəyli kəndində anadan olub.

Ölkə.az xəbər verir ki, Məmmədəli Ağayev orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və 1974-cü ildə həmin ali məktəbi bitirib.

O, əmək fəaliyyətinə 1975-1979-cu illərdə Naxçıvan Musiqili Dram Teatrının baş redaktoru kimi başlayıb. Daha sonra fəaliyyətini Rusiyada davam etdirib.

Beləliklə, Məmmədəli Ağayev:
1979-1981-ci illərdə Moskva Akademik Satira Teatrının stajyor-direktoru;
1981-1984-cü illərdə Moskva N.V. Qoqol Teatrının baş inzibatçısı;
1984-1985-ci illərdə N.İ. Satsın rəhbərliyi ilə Moskva Dövlət Uşaq Musiqili Teatrının baş inzibatçısı;
1985-ci ilin iyun ayından Moskva Akademik Satira Teatrının baş inzibatçısı, direktor müavini, idarəedici direktoru işləyib.
1992-2021-ci illərdə Moskva Akademik Satira Teatrının direktoru olub.

Armen Ciqarxanyanın rəhbərliyi ilə Moskva Dram Teatrının birləşməsi və Sergey Qazarovun birləşmiş teatra bədii rəhbər təyin edilməsindən sonra o, öz istəyi ilə bu vəzifədən gedib.

Ağayev fəaliyyəti dövründə Rusiyada bir çox fəxri adlara və mükafata da layiq görülüb.

1995-ci ildə RF Əməkdar mədəniyyət işçisi, 2018-ci ildən isə RF əməkdar artistidir.
1999-2000-ci illər mövsümü üçün "Ən yaxşı rejissor" nominasiyasını qazandığı üçün “Moskovski Komsomolets” qəzetinin redaksiya heyəti tərəfindən mükafatlandırılıb.
2002-ci ildə Moskva rəhbərliyinin Fəxri Diplomu;
2003-cü ildə İkinci dərəcəli “Vətənə xidmətə görə” medalı;
2012-ci ildə “Dostluq” ordeni (Rusiya);
2017-ci ildə “Dostluq” ordeni (Azərbaycan);
2020-ci ildə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri